“Azovstal” döyüşçüləri Türkiyədə ailələri ilə görüşdülərbackend

“Azovstal” döyüşçüləri Türkiyədə ailələri ilə görüşdülər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya əsirliyindən azad edilmiş Azov döyüşçüləri Türkiyədə ailələri ilə görüşüb.

Editor.az xəbər verir ki, bu barədə Ukraynanın birinci xanım Yelena Zelenskaya Facebook-da yazıb. “Türkiyəyə səfər zamanı mən bizim “Azovlu oğlanlar”la görüşə bildim. Onlar mübadilə şərtlərinə əsasən buradadırlar və bu gün Ukrayna Prezidenti Aparatının rəhbəri Andriy Yermakın iştirakı ilə ailələri ilə görüşdülər. Çoxlu duyğular var. Bu nöqtəyə gedən yol uzun və çətin oldu.

Nəhayət, qucaqlaşa bildilər”. Zelenskaya deyib ki, o, döyüşçülərə prezident Vladimir Zelenskinin, bütün ukraynalıların salamlarını və minnətdarlığını, həmçinin bir gün əvvəl İstanbulda görüşdüyü Patriarx Varfolomeyin xeyir-duasını çatdırıb.

  //Samir.Editor.az