AzTU-da kadr dəyişikliyi aparılıbbackend

AzTU-da kadr dəyişikliyi aparılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Texniki Universitetində (AzTU) kadr dəyişikliyi aparılıb.

Bu barədə Editor.az-a universitetin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, AzTU-nun Karyera mərkəzinin müdiri Aytac Rzayeva vəzifəsindən azad edilib. Onun yerinə Keyfiyyətin idarə edilməsi şöbəsinin müdiri Təhminə Yaqubova təyin olunub.

Digər dəyişikliyə əsasən, Tədris hissəsinin müdiri Qəmər İsayeva Keyfiyyətin idarə edilməsi şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Maşınqayırma və robototexnika fakültəsinin dekanı Ərəstun Məmmədov isə Tədris hissəsinin müdiri vəzifəsinə təyin olunub.

Maşınqayırma və robototexnika fakültəsinin dekanı vəzifəsi müvəqqəti olaraq dekan müavini Elgün Şəbiyevə həvalə olunub.

//Editor.az