“Ukrayna Prezidenti Volodimir Zelenski necə aldadıldı? Ukrayna xalqının ən böyük faciəsi, düşünürük ki, güclü və ağıllı liderə sahib olmamasıdır!”
“Yeni Sabah” xəbər verir ki, bunu Azərbaycan Dövlət Televiziyasının (AzTV) sədri Rövşən Məmmədov müəllifi və aparıcısı olduğu “Həftə” analitik proqramında bildirib.
O, Ukrayna lideri barədə sərt ifadələr işlədib.
R.Məmmədov deyib: “Volodimir Zelenski aldanıldı. Nəyə və ya kimə?! Onu ən müxtəlif və mötəbər beynəlxalq tədbirlərin ən yüksək kürsüsündə oturdanlara. Onu bağrına basıb və əlini də kürəyinə qoyub “qorxma səninləyik!” deyənlərə. Ukrayna xalqı tək buraxıldı. İndi həmin dırnaqarası dostları əli buraxaraq “qərarı özün ver” deyirlər”.

