AzTV sədri iddialara cavab verdibackend

AzTV sədri iddialara cavab verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Sosial şəbəkələrdə Azərbaycan Televiziyasının (AzTV) sədrinin xidməti maşını ilə qayda pozması barədə xəbərlər dolaşmaqdadır.

Editor.az xəbər verir ki, AzTV xəbər yayılan kimi məsələni araşdırdığı barədə məlumat yayıb.

Sədrin göstərişi ilə TV-nin sosial media və ictimaiyyətlə əlaqələr şöbəsi hadisəni araşdırmaq məqsədilə cavabdeh qurumlara, konkret olaraq BNA və DİN-ə müraciət ünvanlayıb:

“Müraciətimizə cavab olaraq bildirilib ki, həmin hadisə ilə bağlı digər media qurumları da zəng edib, maraqlanıblar. Lakin hər iki qurumdan alınan cavab belə olub: “Həmin ərazidə belə bir hadisə qeydə alınmayıb”. Başqa sözlə, sosial şəbəkələrdə və həmin şəbəkələrdə yazılan hər bir məlumatı dəqiqləşdirmədən, soruşmadan böyük həvəslə yayan “həmkarlarımıza” bir daha bildiririk ki, diqqətli olsunlar.

Tədbirə gəldikdə isə, bəli, iyulun 22-də, Mətbuat Günü ilə bağlı AzTV sədri Milli Parkda keçirilən rəsmi tədbirdə iştirak edib. Lakin həmin tədbir zamanı xidməti maşın yol hərəkəti qaydalarını pozmayıb. Çünki vəzifəsindən və statusundan asılı olmayaraq, heç kim qayda pozuntusuna yol verə bilməz. Hamı qanun qarşısında bərabərdir. O cümlədən, feyk foto və xəbərlərlə ictimaiyyəti çaşdıranlar və jurnalistika adına xələl gətirənlər”.

//Editor.az