Azyaşlı uşağı qatar vuraraq öldürübbackend

Azyaşlı uşağı qatar vuraraq öldürüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 16-da Stavropol diyarında azyaşlı uşağı qatar vuraraq öldürüb.

Editor.az bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Qərb MSUT məlumatında deyilir. “Rusiya İstintaq Komitəsinin Qərb MSUT-un Mineralovodsk Nəqliyyat İstintaq İdarəsinin müstəntiqləri 2019-cu il təvəllüdlü oğlanın ölümlə nəticələnən dəmir yolu xəsarəti ilə bağlı “Dəmir yolu nəqliyyatının hərəkəti və istismarı qaydalarının pozulması, nəticədə dəmir yolu nəqliyyatının hərəkəti və istismarı qaydalarının pozulması və ehtiyatsızlıqdan insanın ölümünə” səbəb olma maddəsi ilə cinayət işi açıblar”, – rəhbərliyin mətbuat xidməti məlumat yayıb. Dəhşətli hadisə səhər saatlarında baş verib.

İlkin məlumata görə, Kislovodskdan Rostov-na-Donu istiqamətində hərəkət edən qatarın maşinisti uşağı uzaqdan görüb və qatarı saxlamağa cəhd edib. O, təcili əyləci basıb, lakin qalan məsafə toqquşmanın qarşısını almaq üçün kifayət etməyib.

//Samir Qurbanov, Editor.az