“Azyaşlı uşaqlara nəzarət olunmalıdır ki,yaş məhdudiyyəti qoyulan çizgi filmləri və bəzi serialları izləməsinlər”backend

“Azyaşlı uşaqlara nəzarət olunmalıdır ki,yaş məhdudiyyəti qoyulan çizgi film və bəzi serialları izləməsinlər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bəzi cizgi film və seriallara yaş məhdudiyyəti qoyulsa da azyaşlı uşaqlar nəzarətsiz qalaraq bunları izləyir”.

Bu barədə ailə və uşaq psixoloqu Aynur İsmayılova Editor.az-a danışıb. Psixoloq saytımız vasitəsilə valideynlərə səslənir: 

“Bacardığımız qədər azyaşlı uşaqlara nəzarət edək ki, yaş məhdudiyyəti qoyulan çizgi filmləri və bəzi serialları izləməsinlər. Xüsusilə də qorxu, şiddət səhnələri olan görüntülər uşaqlarda aqressiya, psixoloji pozuntu yaradır”.

Psixoloq vurğulayır ki, qorxunu dərk edən uşaqlar qorxulu səhnələrlə rastlaşarkən  həyəcanını öz dünyasında daha da genişləndirir: ” Bu hal azyaşlılarda həyəcan, təşviş pozuntuları, fobiyalar, gələcəkdə əziyyət çəkəcəyi sindromlar yarada bilər”.

A.İsmayılova azyaşlıların sözügedən görüntüləri izləmə səbəbini də qeyd edib.

“Başda nəzarətsizlik olmaqla,valideynlərin uşaqlarına çox vaxt ayırmaması da bu kimi halların baş verməsinə səbəb olur.  Eyni zamanda, valideynlər övladlarına yemək yedirdə bilmədikdə telefon və TV-dən uşaqlara müxtəlif səpkili cizgi filmi izlətdirirlər”.

//Gülnarə Abasova, Editor.az