Ağ Ev: ABŞ milli təhlükəsizliyə yeni təhdidlə əlaqədar Rusiya ilə əlaqə saxlayırbackend

Ağ Ev: ABŞ milli təhlükəsizliyə yeni təhdidlə əlaqədar Rusiya ilə əlaqə saxlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Vaşinqtonun ABŞ-ın milli təhlükəsizliyə təhdid hesab etdiyi Rusiyanın kosmosa peyk əleyhinə silahlar yerləşdirməsi ilə bağlı məlumatları müzakirə etmək üçün Moskva ilə qarşılıqlı əlaqədə olduğunu bildirib.

Editor.az bu barədə xarici mediaya istinadla məlumat verir.

Kirbi Moskva ilə təmaslarda heç bir “etimad problemi”nin olmayacağını bildirib və qarşılıqlı fəaliyyət imkanlarının olduğunu vurğulayıb. Kirbi Moskvanın yaratdığı iddia edilən “anti-peyk silahlarının” hələ əməliyyat texnologiyaları olmadığını və işə salınmadığını diqqət çəkərək qeyd edib ki, heç kimin təhlükəsizliyinə ani bir təhdid yoxdur.

Moskvanın Vaşinqtonun bu vəziyyəti Kiyevə yeni yardım göstərmək üçün uydurması ilə bağlı iddialarını rədd edən Kirbi əlavə edib ki, ABŞ kosmosda silahların yerləşdirilməsini qadağan edən beynəlxalq müqaviləni pozmaq niyyətində deyil.

//Gülnarə Abasova, Editor.az