Babək Həmidov: “Alimentin ödənilməsi ilə bağlı ciddi problemlər var”- Boşluqları necə dolduraq?backend

Babək Həmidov: “Alimentin ödənilməsi ilə bağlı ciddi problemlər var”- Boşluqları necə dolduraq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisinin Ailə, Qadın və Uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bildirib ki, aliment tələbinə dair məhkəmə qərarlarının çoxu yerinə yetirilmir

Millət vəkilinin sözlərinə görə, problemin aradan qaldırılması üçün ”Aliment fond”u yaradılmalıdır və aliment verməyən şəxslərin uşaqlarına ödəmələr dövlət tərəfindən həyata keçirilməlidir.

Hicran Hüseynova qeyd edib ki, aliment ödəməyənlərin həbsi ilə problemi çözmək mümkün deyil. Təbii ki, məhkəmə qərarını icra etməyənlər cəzasını çəkməlidir. Amma, müxtəlif vasitələrlə bu boşluğu doldurmaq lazımdır.

Vəkil Babək Həmidov Editor.az-a açıqlamasında bildirib ki, alimentin ödənilməsi ilə bağlı ciddi problemlər var:

“Bunun səbəbi aliment ödəməli olam şəxslərin belə bir qabiliyyətlərinin olmaması, ya da olub bunu aiddiyyatı icra qurumundan gizlətmələridir. Bu kimi halların qarşısını almaq üçün “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən tədbirlər nəzərdə tutulub.Bu, icra məmuru tərəfindən həmin aliment ödəməli şəxs tərəfindən qətnamənin icra edilməsinə yönələn tədbirlərlə bağlıdır. Lakin təcrübə göstərir ki, bu icra tədbirləri bir çox hallarda kifayət etmir. Yəni, ya borclu şəxs aliment ödəməkdən bilərəkdən yayınır, yaxud da həqiqətən də aliment ödəmək üçün imkanı yoxdur. Bununla belə məhkəmənin alimentin ödənilməsi ilə bağlı qərarı olduğu təqdirdə bu, hər hansı bir formada icra olunmalıdır. Aliment Fondunun yaradılması ilə bağlı məsələ isə hər 2-3 ildən bir gündəmə gətirilir, sonra öz həllini tapmır. Bu kimi fondların fəaliyyət göstərdiyi ölkələrin qanunvericilikləri, mexanizmləri ciddi şəkildə araşdırılmalıdır. Sonra Fondun yaradılması baş tutmalıdır ki, hər bir halda alimentin ödənilməsi ilə bağlı məhkəmə qərarlarının icrası həyata keçirilsin və aliment ödənilən uşaqların minimal maddi şəraitinin təmin edilməsi dövlət tərəfindən həyata keçirilsin”.

//Gülnarə Abasova, Editor.az