Bacarıqlarının qiymətləndirilməsini istəyənlərin NƏZƏRİNƏbackend

Bacarıqlarının qiymətləndirilməsini istəyənlərin NƏZƏRİNƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qeyri-formal yollarla əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsini istəyən şəxslər bunun üçün ərizə ilə müraciət edə bilərlər.

Editor.az Trend-ə istinadən bildirir ki, bunu təhsil naziri Emin Əmrullayev sosial şəbəkədəki səhifəsində yazıb.

Nazir bildirib ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi qeyri-formal və informal yollarla əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsini həyata keçirir. Bu proses çərçivəsində vətəndaş fərdi qaydada yiyələndiyi ixtisas üzrə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə ərizə ilə müraciət edə və qiymətləndirmədə bilavasitə iştirak edə bilər.

Komissiya tərəfindən qiymətləndirilmə aparıldıqdan sonra yüksək nəticə göstərmiş ərizəçilər dövlət nümunəli sənədlə (sertifikatla) təltif olunacaqlar. Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunan müvafiq qaydaya əsasən öz peşə ixtisası üzrə bütün modullardan sertifikat əldə edən vətəndaşlara ilk peşə təhsilinə bərabər dövlət nümunəli diplom verilir.