Bacısına əxlaqsız deyən yeznəsinə dəhşət yaşatdı – Təfərrüatbackend

Bacısına əxlaqsız deyən yeznəsinə dəhşət yaşatdı – Təfərrüat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bərdə rayonunda 2004-cü il təvəllüdlü Vaqif şəxsi münasibətlər zəminində bacısının keçmiş əri Namilə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Ölkə.az bildirir ki, teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə bu il iyulun 17-də baş verib.

 

 

Həmin gün saat 19 radələrində Vaqif Bərdənin Qarabağ qəsəbəsində bacısı Nuranənin keçmiş həyat yoldaşı Namillə mübahisə edib.

Mübahisəyə səbəb Namilin onun bacısının guya əxlaqsızlıq etməsi ilə bağlı dediyi sözlər olub. Mübahisə zamanı Vaqif bıçaqla Namilin əlindən vurub.

İstintaq orqanı tərəfindən Vaqifin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vaqif elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Bərdə şəhəri 4 saylı tam orta məktəbi 2021-ci ildə bitirib: “Bacım Nuranə 2019-cu ildə Qarabağ qəsəbəsində yaşayan Namillə ailə həyatı qurdu. Lakin onlar rəsmi nikaha girmədilər. Həmin evlilikdən bacımın 1 qızı doğuldu. Evli olduqları müddətdəbir bir neçə dəfə aralarında söz-söhbət oldu”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2021-ci ilin fevralında Nuranə ilə Namil ayrılıb: “Nuranə qızı ilə bizə gəldi. Namil bacımla barışmaq istəsə də, bacım imtina etdi. Buna görə Namil bizi təhqir etdi, bacımın, anamın ünvanına nalayiq ifadələr işlətməyə başladı”.

Təqsirləndirilən şəxs qeyd edib ki, iyulun 17-də saat 16 radələrində Namil ona vatsapda nalayiq ifadələr işlədildiyi səslər aıb: “Ondan nə üçün belə söyüşlər söydüyünü soruşdum. Namil bacımla bağlı nalayiq ifadələr işlətdi, məni evlərinə çağırdı. Taksi ilə onların evinin qarşısına getdim. Namili çağırsam da, çölə çıxmadı, məni evə dəvət etdi. İçəri keçəndən sonra ondan nə üçün bacım haqqında nalayiq sözlər olan səs atdığını soruşdum. Namil bildirdi ki, olanı deyir.

Onun qolundan tutdum və dedim ki, evdə anası, bacısı var, rahat söhbət edə bilmirik, çıxaq qıraqda danışaq. Namil boynumdan tutaraq çəkdi, sonra məni yumruqla vurdu. Stolun üstündən bıçaq götürdü, üstümə gəldi. Bıçağı əlindən almaq istədim. Bıçağı almaq niyyəti ilə buran zaman əlinə xəsarət yetirdim. Sonra isə ordan qaçdım. Tanımadığım taksi saxladararaq evimizə gəldim”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Namilin sözlərinə görə, Nuranə ilə evli olduqları müddətdə bir neçə dəfə aralarında söz-söhbət olub: “2021-ci ilin mayında Nuranə ilə münasibətlərimiz pozulduğu üçün ayrıldıq. İyun ayınının sonlarında Namil mənə zəng vurdu və aliment istədi”.

Zərərçəkmiş şəxs deyib ki, iyulun 15-də axşam üstü küçəyə dönərkən Əliyanlı kəndində yerləşən “Qarabağ marketin” sahibinin oğlu Namiqlə qarşılaşıb: “Keçmiş həyat yoldaşım Nuranənin Namiqlə münasibəti olduğunu bildiyimdən, həmçinin Namiq bizim qapımızı güddüyündən şübhələndiyim üçün avtomobili saxlamadan geri qayıtdım. Həmin vaxt anam da mənim avtomobilimdə idi.

Namiqin arxasınca getdim. O, öz marketlərinin qarşısına döndü. Mən də avtomobili saxlayaraq içəri keçdim. Mağazaya girdim, Namiqi çölə çağırsam da, çıxmadı. Onun atasına xəbərdarlıq etdim, sonra isə evə qayıtdım.

Nuranənin xalası Ramiləyə zəng etdim və dedim ki, bacın qızına denən, evimi niyə güddürür? Nuranənin qardaşı Vaqifə mesaj yazdım ki, məndən əl çəkin, mən sizdən qurtarmışam. Mesaj göndərəndən sonra Vaqif mənə zəng etdi və dedi ki, mağazadayam, adam çoxdur, sonra səni yığacam.

Bir qədər sonra Vaqif zəng etdi və görüşməyi təklif etdi. Özümə məxsus avtomobilimlə Vaqifi işlədiyi “Qarabağ market”dən götürdüm və öz küçəmizin girəcəyində olan qəssabxananın yanına gəldik. Vaqif bacısı Nuranəyə zəng etdi. Nuranə dedi ki, onların qapısının ağzına gələk. Onlara dedim ki, siz məni ilişdirəcəksiniz. “Qarabağ marketin” qarşısında Vaqifi avtombildən düşürdüm, evimizə qayıtdım”.

Zərərçəkmiş bildirib ki, iyulun 17-də Vaqif ona zəng edib və görüşmək istədiyini bildirib: “Vaqifə dedim ki, sözün varsa gəl qapımın ağzına, burda söhbət edək. Saat təxminən 18.30-da Vaqif bizim evin qarşısına gəldi. Onu içəri dəvət etdim, söhbət etməyə başladıq.

Həmin vaxt Vaqif səs-küy salmağa başladı. Söhbət zamanı anam və bacım da yanımızda olub. Vaqif qolumdan tutdu, çöldə söhbət etməyimizi tələb etdi, söyüş söyməyə başladı. Mən də onu itələdim. Bu vaxt Vaqif bıçaq çıxardı və məni vurmaq istəyərkən əlimlə bıçağı tutdum. O, bıçağı çəkərkən əlimdən xəsarət aldım”.

Bu cinayət işinə Bərdə rayon Məhkəməsində baxılıb. Hökmdə göstərilib ki, Vaqif Ağdam rayonundan məcburi köçkün düşüb və Bərdə rayonu Əliyanlı kəndində məskunlaşıb.

Vaqifin barəsində Milli Məclisinin “8 noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərarının təsiri altına düşdüyü müəyyən olunub, bu səbəbdən onun barəsində olan cinayət təqibinə xitam verilib.