Bağanis Ayrım faciəsinin 35-ci ildönümü: Əhməd Şahidov Qərbin ikili standartları barədə REAL Televiziyasına müsahibə veribbackend

Bağanis Ayrım faciəsinin 35-ci ildönümü: Əhməd Şahidov Qərbin ikili standartları barədə REAL Televiziyasına müsahibə verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bugün Martın 24`də Bağanis Ayrım faciəsinin 35-ci ildönümü tamamlanır. 1990-cı ilin mart ayında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının Qazax rayonunun Bağanis Ayrım kəndinə edilən hücum nəticəsində 17 nəfər mülki şəxs qətlə yetirilib və kənd tamamilə yandırılıb. Bu hadisə, Ermənistanın Azərbaycana qarşı apardığı soyqırımların bir parçası olaraq, mülki əhaliyə qarşı törədilən qəddar bir cinayət kimi tarixə düşüb.

REAL Televiziyasına müsahibə verən hüquq müdafiəçisi Əhməd Şahidov Bağanis Ayrım faciəsinin 35-ci ildönümündə bu hadisənin əhəmiyyətinə diqqət çəkib. O, bu faciənin Ermənistanın Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə siyasətinin bir hissəsi olduğunu qeyd edərək, Bağanis Ayrım hadisəsinin Xocalı soyqırımı ilə paralellik təşkil etdiyini vurğulayıb.

Əhməd Şahidov müsahibəsində həmçinin Qərb dünyasında bu cür soyqırım hadisələrinə münasibət məsələsini də qabardıb. O, bildirib ki, beynəlxalq aləmdə ikili standartlar mövcuddur və bəzi dövlətlər və təşkilatlar siyasi maraqlarına görə bu cür faciələri görməzdən gəlirlər. Əhməd Şahidov belə yanaşmaların bölgədə sülhün bərqərar olunmasına mane olduğunu və ədalətin təmin olunmaması ilə nəticələndiyini qeyd edib.

Bağanis Ayrım faciəsi təkcə Azərbaycan üçün deyil, ümumilikdə insanlıq üçün böyük bir faciədir. Bu hadisə bir daha göstərir ki, mülki əhalinin, xüsusən də uşaqların və qadınların hədəf alınması, heç bir bəhanə ilə izah oluna bilməz. Əhməd Şahidov Bağanis Ayrım faciəsinin unutulmaması və bu kimi hadisələrin beynəlxalq hüquq çərçivəsində tanınması üçün mübarizənin davam etdirilməsinin vacibliyini qeyd edib.