“Bağçalara qəbul prosesində korrupsiya halları DAVAM EDİR”- Elçin Əfəndibackend

“Bağçalara qəbul prosesində korrupsiya halları DAVAM EDİR”- Elçin Əfəndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bağçalara şagirdlərin qəbulu ilə bağlı təyin olunan meyarların müəyyən həssas kateqoriyalar üzrə bölünməsini düzgün hesab etmirəm.Bağçalara qəbul prosesində bəzi kateqoriyadan olan uşaqlara üstünlük verilir. Bu, doğru deyil. Çünki hər bir valideyn övladının təhsil almasını istəyir. Təhsilin müxtəlif pillələrində bunun təmin olunması dövlətin əsas prioritetlərindən olmalıdır”.

Bu sözləri Editor.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.

O bildirib ki, qəbul prosesində ən başlıca kriteriya olaraq hər bir kəsin yaşadığı ərazi üzrə bağçalara müraciət etməsi daha məqsədə uyğundur:

” Bağçalara qəbul prosesində korrupsiya məsələləri hər zaman mövcud olub. Hal-hazırda da xüsusi meyarların ortaya atılması müəyyən mənada daha genişmiqyaslı korrupsiyaya yola açacaq. Dünəndən etibarən Təhsil Nazirliyi tərəfindən bağçalara ilkin qeydiyyat prosesinə start verildi. 22 iyul tarixindən etibarən Mingəçevir, 26 iyul Bakı, 2 avqustdan etibarən isə digər regional təhsil idarələrinin tabeliyində olan rayonlar üzrə müraciətlər qeydə alınacaq. Ancaq məyusedici məqam ondan ibarətdir ki, prosesin başlamasına qədər hələ də köhnə icra hakimiyyətinin idarəetmə dövründə bağçalarda aparılan qəbul prosesi baş tutub və yerlər demək olar ki, tutulub. Valideynlər müraciət zamanı tək-tük yerlərin boş olduğunu görəcək. Bu da o deməkdir ki, köhnədən qalan ənənəvi metod həyata keçirilir”.

//Gülnarə Abasova, Editor.az