Bağdadın “yaşıl zona”sı raket hücumuna məruz qalıbbackend

Bağdadın “yaşıl zona”sı raket hücumuna məruz qalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İraqın paytaxtı Bağdadın “yaşıl zona” adlanan ərazisi raket hücumuna məruz qalıb.

Editor.az Trend-ə istinadən bildirir ki, azı üç raket dövlət qurumlarının və xarici diplomatik missiyaların, o cümlədən ABŞ səfirliyinin yerləşdiyi ərazinin yaxınlığına düşüb. Raketlərdən ikisi “yaşıl zona”nın ərazisinə, birisi isə kənara düşüb.

Bildirilir ki, hadisə nəticəsində xəsarət alan olmayıb.