Bağdadın “yaşıl zona”sının yaxınlığında olan ərazi raket atəşinə tutulub.
Editor.az Trend-ə istinadən bildirir ki, bu barədə “Al Arabia” telekanlı bildirib.
Məlumata əsasən, ABŞ səfirliyi də daxil olmaqla, dövlət qurumlarının və xarici diplomatik nümayəndəliklərin yerləşdiyi paytaxtın o hissəsinin yaxınlığında raket partlayıb. Hücumlarla yanaşı hava hücumu sirenləri də işə salınıb.
Xəsarət alan və ya dağıntılar barədə məlumat verilməyib.

