Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəfat etdibackend

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyev dünyasını dəyişib.

Oxu.Az-ın məlumatına görə, bu gün infarkt keçirən S.Əliyev xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, S.Əliyev 2008-2016-cı illərdə Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin hakimi kimi fəaliyyət göstərib.

2016-cı ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi idi.