Bakı-Ağstafa istiqamətində əlavə qatar reysləri təyin edildibackend

Bakı-Ağstafa istiqamətində əlavə qatar reysləri təyin edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə 26, 27, 28 və 29 dekabr tarixlərində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edib.

Bu barədə səhmdar cəmiyyəti xəbər verir.

Eyni zamanda, bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə də səfər etmək olar.

Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və yaxud “ADY Mobile” tətbiqindən əldə etmək olar.