“Bakı bəyannaməsi”nin strateji əhəmiyyəti nədir?- Millət vəkili şərh edirbackend

“Bakı bəyannaməsi”nin strateji əhəmiyyəti nədir?- Millət vəkili şərh edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sürətlə dəyişən yeni dünya nizamında yeni güc mərkəzləri və yeni ittifaqlar formalaşmaqdadır .Bu isə təhlükəsizlik və tərəfdaşlıq müstəvisində maraqların koordinasiya edilməsi və uzlaşdırılması zərurətini yaradır”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

O bildirib ki, Azərbaycanın regionumuzda yaratdığı yeni şərtlər geosiyasi və geoiqtisadi baxımdan cazibədar model təşkil edir :

“Qarşıda duran çağırışlar isə yeni reallığı davamlı etmək üçün uyğun strateji qərarlar qəbul etməkdir. Elə Azərbaycan ,Türkiyə və Pakistan parlamentləri arasında imzalanan Bakı bəyannaməsi də bu istiqamətdə atılan mühüm tarixi addım kimi səciyyələndirilməlidir .Əslində bir qədər geriyə qayıtsaq görəcəyik ki , yeni reallıq həm də məhz bu üçü dost və qardaşı ölkənin birgə səyləri nəticəsində yaranıb. O zaman bu səylərin davam etdirilməsinin bundan sonra da olduqca aktual olduğunu söyləyə bilərik .Nəzərə almaq lazımdır ki , söhbət hər üç qardaş ölkənin vahid təhlükəsizlik kəmərinin yaradılmasından gedir. Buraya isə həm iqtisadi və kommunikasiya təhlükəsizliyi məsələləri həm də hərbi siyasi təhlükəsizlik məsələləri daxildir. Ancaq Bakı bəyannaməsi hər nə qədər üçtərəfli sənəd kimi ortaya çıxsa da, onun yaradacağı əməkdaşlıq və tərəfdaşlıq imkanları bütün digər qonşu ölkələr üçün də əlverişli şərtlər yarada bilər .Bəyannamənin strateji əhəmiyyətlərindən biri də budur”.

Millət vəkilinin sözlərinə görə, hazırda Mərkəzi Asiyada, bir az da dəqiq desək Əfqanıstan ətrafında bir geosiyasi vakkum formalaşmaqddır:

“Aqressiv kənar müdaxilələr burada yeni “Yaxın Şərq” yarada bilər ki , bu da başda qardaş Türkiyə və Pakistan olmaqla region ölkələri üçün yeni təhlükəsizlik təhdidləri deməkdir . Ona görə də hər üç ölkənin milli maraqları təhlükəsizliyi təmin etmək üçün yeni təşəbbüsləri zəruri edir . Eyni zamanda hazırda Cənubi Qafqazda uzunmüddətli sülh üçün Azərbaycan bir tarixi fürsət yaradıb .Zəngəzur dəhlizinin aşılması ilə biz regional inteqrasiya və əməkdaşlığın inkişafının şahidi ola bilərik . Bu isə yeni hüquqi-siyasi əsaslar tələb edəcək .Ona görə də parlamentlərin yeni qanunvericilik bazası yaratması aktuallaşacaq. Bütün bunlarla bərabər, parlament diplomatiyasi həm də beynəlxalq platformalarda üç ölkənin sinxron hərəkəti üçün koordinasiyalı fəaliyyəti mümkün edəcək. Bunlar üçün Bakı Bəyannaməsi yaxşı əsaslar yaradacaq”.

//Gülnarə Abasova, Editor.az