“Bakı bəyannaməsi”nin əhəmiyyəti nədir? – DETALLARbackend

“Bakı bəyannaməs”inin əhəmiyyəti nədir? – DETALLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyə, Azərbaycan və Pakistan parlament sədrlərinin bir araya gəlib, “Bakı bəyannaməsi” imzalaması, “Şuşa bəyannamə”sindən sonra, regionda yeni bir siyasi-hərbi platformanın qurulmasıdır. Türkiyə məhz regional strateji mövqeyini gücləndirmək üçün xüsusilə, Mərkəzi Asiya, Orta Şərqdə Azərbaycan və Pakistanla birgə əməkdaşlığa əsaslanır”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

O, bildirib ki, “Bakı bəyannaməsi” siyasi əməkdaşlığı nəzərdə tutsa da, artıq hər iki ölkə Azərbaycanla sıx hərbi əməkdaşlığa malikdir və hər iki ölkənin hərbiçiləri Azərbaycanla birgə kordinasiyalı çalışır. Birgə hərbi təlimlər keçirir. Ümumiyyətlə , Bakı Bəyannaməsinin digər əhəmiyyətli hissəsi Pakistanla iki tərəfli və üçtərəfli hərbi əməkdaşlığı inkişaf etdirəcək. Cənubi Qafqazda Azərbaycan, Türkiyə və Pakistanın hərbi dəstəyini alması, birgə bir ordunun yaradılmasına gələcək perspektivdə mümkün ola bilər. Bura Mərkəzi Asiyanın Türk dövlətlərinində üzv olması reallaşa bilər. Türkiyənin strateji planı budur və regionda proseslər Azərbaycanın leyhinə dəyişir”.

Politoloqun sözlərinə görə, Ermənistanın Azərbaycanla üçtərəfli sazişə əməl etməməsi, Fransanın və Rusiyanın Ermənistanın vasitəsilə təxribatlara əl atması, məhz Türkiyənin regionda artan aktivliyindən qaynaqlanır:

Şuşa və Bakı Bəyannaməsi Azərbaycana hər iki ölkənin müttəfiqi olduğunun göstəricisidir. Pakistanın Azərbaycanla əlaqələrinin inkişaf etdirməsi bu ölkənin Mərkəzi Asiya vasitəsilə Avropaya çıxışını da təmin etməklə yanaşı, regionda təsir gücünün artmasına gətirib çıxaracaq. Hər iki ölkə güclü orduya və nüvə silahına malidkir. Azərbaycanın bu iki ölkə ilə müttəfiqliyi ölkəmizin təhlükəsizliyi üçün xüsusi əhəmiyyət kəsb edir. Belə bir üç tərəfli ittfaqın zəruriliyi Türkiyənin və Pakistanın siyasətlərinin üst-üstə düşməsindən irəli gəlir. Hər iki ölkə öz regionlarında uzun illər ABŞ təsirində olub. Hazırda aktiv müstəqil siyasətə malik olaraq öz regional maraqlarını təmin edirlər”.

//Gülnarə Abasova, Editor.az