Bakı şəhərində kişi özünü dənizə ataraq intihara cəhd edib.
Editor.az-ın məlumatına görə, hadisə Dənizkənarı Milli Parkın yaxınlığında nəzarətsiz ərazidə qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri gələrək vətəndaşı xilas ediblər.
Həmin görüntüləri təqdim edirik:

