Bakı Dövlət Universitetinin dosenti vəfat edib – FOTObackend

Bakı Dövlət Universitetinin dosenti vəfat edib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Politologiya və sosiologiya kafedrasın dosenti Azər Mehdi oğlu Şirinov vəfat edib.

Bu barədə Bakı Dövlət Universitetinin mətbuat katibi məlumat yayıb.

Bildirilib ki, 84 yaşında dünyasını dəyişən A.Şirinov 1956-1961-ci illərdə BDU-nun Tarix fakültəsində təhsil alıb. 1973-cü ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayıb. 100-dən artıq elmi və publisistik məqalənin, 5 kitabın müəllifidir.