Bakı dünyanın xilaskarına çevrilir – Parisi “PARTLADACAQ” TƏKLİF: Makron bloklanırbackend

Bakı dünyanın xilaskarına çevrilir – Parisi “PARTLADACAQ” TƏKLİF: Makron bloklanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə olduqca vacib qlobal məsələlərə toxunuldu. Son illər aydın görürük ki, dünyada yeni siyasi qütbləşmə var və yeni siyasi düzən öz işindədir. Ən acınacaqlısı isə ondan ibarətdir ki, bu qütbləşmələrdə yer alan tərəflər bir-birinə güzəştə getmək fikrindən çox uzaq görünürlər.

Nəzərə alsaq ki, BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatının əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etməkdir, o zaman bu Təşkilatın dünyada yaranan yeni qütbləşmələr arasında sabitlik, tarazlıq yaratmaq, qlobal miqyaslı prosesləri beynəlxalq hüquq normaları çərçivəsində həll etmək baxımından son illər üzərinə çox böyük bir missiya götürüb.

Xüsusilə də biz buna dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatından məhz Azərbaycanın sədrliyi dövründə çahid olmağa başlamışıq. Bir az da konkretləşdirsək, Təşkilat bu gün özünün ən uğurlu dövrünü yaşayır.

Dünyanın qütblərə parçalandığı, yeni güclərin ortaya çıxdığı, bir çox dövlətlərin coğrafiyadan silinmək təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtda Azərbaycanın Hərəkatıa sədrliyinin müddətinin uzadılması (ilin sonuna kimi) dünyada bir çox qlobal məsələlərə, proseslərə aktiv qoşulmaq imkanı yaradır.

Ən əsas da bu səlahiyyət Azərbaycana imkan verir ki, QH dövlətlərinin üzləşdiyi haqsız vəziyyətlərlə bağlı onların hüquqlarının müdafiəsi, haqlarının tələbləri istiqamətində önəmli çağırışlarda moderator rolunu oynasın. Necə ki, bunu ötən gün Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü zamanı Prezident İlham Əliyev necə etmək lazım olduğunu növbəti dəfə bütün dünyaya göstərdi.

Belə ki, dünənki çıxışı zamanı “Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Biz, həmçinin Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq, – deyən dövlət başçısı bu gün özünü Avropanın ağası, idarəedici əsas qüvvəsi kimi aparmağa çalışan, çatana çatıb, çatmayana bir daş atan Fransaya əsl kimliyini, yerini göstərdi.

Bu fikirləri ilə Parisin qaranlıq keçmişinə işıq salan Azərbaycan Prezidenti eyni zamanda Makronun idarə etdiyi Fransa hökümətinin əsl simasını, xislətinin və məqsədinin nə olduğunu bütün dünyaya bu platforma vasitəsilə açıq şəkildə çatdırdı.

Fransanın QH-nın Zirvə görüşündə hədəfə alınmasının konturları əslində bundan çox qabaq da görünürdü. Nəzər salsaq görərik ki, Əliyev təxminən eyni bəyanatı 2 ay əvvəl (8 yanvar) hələ Misir Ərəb Prezidenti Əbdülfəttah Əs-Sisi ilə birlikdə mətbuata bəyanatlarla çıxış edərkən də səsləndirmişdi. Hələ onda da Azərbaycan lideri açıq şəkildə bəyan etmişdi ki, BMT Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir.

Bir daimi yer mütləq İslam Əməkdaşlıq Təşkilatının üzvünə verilməlidir və İslam Əməkdaşlıq Təşkilatı özü məsləhətləşmələr əsasında bu namizədliyi irəli sürməlidir. Digər daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə bu yerə növbəli şəkildə sahib olmalıdır”.

Bununla da İlham Əliyev BMT Təhlükəsizlik Şurasının yeni əsaslarla qurulmalı olduğu təklifini masaya qoymuş oldu. Dövlət başçısının növbəti təklifləri Fransanın neokolonializm ambisiyaları fonunda qaldırmaqla Parisin müstəmləkə siyasətinin qurbanı olmuş, indi də bundan əziyyət çəkən ölkələrə mühüm ismarışlar verərək, onları həmrəyliyə çağırdı.

Parisin qurduğu oyunların miqyası və xarakteri Qərbin siyasi oriyentasiyasını ciddi şəkildə zədələyir, Avropanın proseslərə ümumi baxışını özündə əks etdirmir. Bu gedişlə şübhəsiz ki, Emanuel Makron amili və onun idarə etdiyi dövlət supergüclər üçün də ciddi başağrı mənbəyinə çevrilə bilər.

Açıq şəkildə görünür ki, elə dünya nizamınının pozulmasında, yeni qütbləşmələrin yaranmasında əsas sükanlardan biri məhz Fransanın əlindədir. Bu isə dünya üçün olduqca böyük təhlükə mənbəyinə çevrilə bilər. Bu baxımdan İlham Əliyevin də qeyd etdiyi kimi BMT Təhlükəsizlik Şurasının daimi üzvlük mandatına yaxın bir zamanda əl gəzidirilməli, beynəlxalq birlikdə bununla bağlı müzakirələr intensiv xarakter almalıdır.

Fransanın yenilənən imperialist ambisiyaları fonunda Parisin aqressor siyasətinin qarşısının alınması, dövlətlərin daxili işlərinə, müstəqilliklərinə, suverenliklərinə müdaxilə cəhdlərini bloklamaq adına Azərbaycan Prezidentinin bu təşəbbüsü olduqca əhəmiyyətli və həlledici bir məsələ kimi dünya dövlətlərini düşündürməlidir.

Bununla da qlobal məsələlərin müzakirə olunduğu beynəlxalq əməkdaşlıq məkanına çevrilən Azərbaycan eyni zamanda bir çox dünya dövlətlərini işğaldan, ərazi bütövlüyünün təhlükə altına düşməsi kimi qlobal təhdidlərdən xilas etməkdə çox önəmli töhfə verə bilər.


Milli.Az