Bakı erməniləri MAT QOYDU – Kremlə ŞAH GEDİŞİ: Xankəndi yaxınlaşırbackend

Bakı erməniləri MAT QOYDU – Kremlə ŞAH GEDİŞİ: Xankəndi yaxınlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan indi şah gedişi edib və qarşı tərəf mat vəziyyətində qalıb. İndiki halda hər iki vəziyyət Azərbaycan üçün uduşlu vəziyyətdir”.

Bunu açıqlamasında siyasi analitik Turab Rzayev deyib.

O bildirib ki, separatçı rejimdə ruh düşkünlüyü artır:

“Rusiya sülhməramlı komandanlığı Azərbaycan hökümətinə qızıl yataqlarının talan edildiyi ərazilərdə monitorinq aparmağa icazə verməlidir. Belə olan halda Azərbaycan tərəfi qazanır, Azərbaycan ictimaiyyəti psixoloji üstünlük əldə edir, eyni zamanda oradakı erməni icmasında və xüsusilə separatçı rejimdə bir ruh düşkünlüyü yaranacaq ki, deməli ruslar bizi qoruya bilmir və lazım olduğu təqdirdə Azərbaycan təzyiq göstərərək öz monitorinqini həyata keçirir.

Əgər buna icazə verməsələr, o zaman Laçın yolunda QHT nümayəndələrinin, vətəndaş cəmiyyəti nümayəndələrinin, ekoloqların ertiraz aksiyası daha bir müddət davam edəcək. Düzdür, yolu biz kəsməmişik, sülhməramlılar bağlayıblar. Amma istənilən halda bu vəziyyət Laçın yolunun bağlı qalmasına gətirib çıxarır. Nəticədə belə bir mənzərə formalaşacaq ki, yenə də sülhməramlılar onların demək olar ki, maneəsiz hərəkətini təmin edə bilmir, Laçın dəhlizini açıq saxlaya bilmir və bu, separatçı rejimdə ruh düşkünlüyünə səbəb olacaq.

Artıq biz bununla bağlı Paşinyanın parlamentində çıxışları görürük. Açıq şəkildə deyirlər ki, Rusiya bizi qoruya bilməz, öhdəliyini yerinə yetirmir, buna görə də Ermənistan parlamentində birbaşa Azərbaycanla dialoqa başlamaq təklifləri var. Eyni zamanda Qarabağda da separatçı rejim və onların tərəfdarları bunu açıq şəkildə başa düşəcəklər.

Aydın məsələdir ki, qarşı tərəfdə məsələni öz xeyirlərinə, özlərinə sərf edən şəkildə dəyişdirməyə çalışan şəxslər də var. Artıq bir müddətdir ki, “xalqların öz müqəddəratını təyin etmə” məsələsinin Azərbaycana qarşı istifadə edilə bilmədiyi, uğurlu olmadığı görünür. Ona görə də, artıq Azərbaycanın ərazi bütövlüyü prizmasına bu cür təzyiq edə bilmədiklərini başa düşdükləri üçün Paşinyan və digər erməni analitiklər tərəfindən soyqırım məsələsi gündəmə gətirildi.

Çünki yaşama hüququ prsinsipini əsas götürürlər. Bu hüquq da əvvəl Kosovada tətbiq olunub ki, əgər deyək ki, serblər kosovalıları öldürürlərsə, o zaman onların ayrılıb ayrıca yaşama hüququ var. Çünki birlikdə yaşaya bilmirlər. Bunu biz nədə gördük?! Vardanyan ən son Almaniyanın ZDF telekanalına və digər TV-lərə müsahibəsində dedi ki, “Biz Azərbaycanla yan-yana yaşaya bilərik, amma birgə yox”. Güya Azərbaycan onlar üçün təhlükədir.

Eyni şəkildə Paşinyan da vaxtaşırı təkrarlayır ki, bizə qarşı soyqırım məsələsi var. İndi yenə bəlli olur ki, yol açıq olsa da, Ruben Vardanyan özü qəsdən mülki vətəndaşın o yoldan istifadəsinə icazə vermir. Eyni şəkildə bəlli oldu ki, hətta Xankəndinə gedən qazı da “Qazprom”dan kəsməsini onlar özləri xahiş ediblər.

Vardanyan komandası eyni şəkildə bildirirlər ki, bu məsələdə rus sülhməramlılarının güya ki, onlar yaşayan ərazilərdə süni krizis yaratmaq cəhdləri var. Güya ağır xəstələri var, qida, yanacaq resursları çatmır və bununla da süni bir “genosid” formatı formalaşdırmağa çalışırlar. Bununla da dünya ictimaiyyətinə təqdim etməyə çalışırlar ki, bəs, Azərbaycan ermənilərə qarşı bu cür təhlükəli şərait yaradıb, məhz ona görə həmin ərazidəki erməni icması öz həyatlarını qorumaq üçün Azərbaycandan ayrılıb, ayrı şəkildə yaşamalıdırlar.

Ancaq bu cəhdləri də uğursuz olacaq. Çünki Azərbaycan tərəfi tamamilə şəffaf fəaliyyət göstərir və açıq şəkildə həm sərhədlərini, həm etirazçıların əməllərini göstərir. Həmin yoldan bir sıra TIR-ların, mülki vətəndaşların buraxılması ilə bütün dünyaya mesaj verir ki, biz heç bir mülki erməninin və mülki yüklərin qarşısını kəsməmişik”.

milli.az