“Bakı Fond Birjası”na yeni sədr təyin edilibbackend

“Bakı Fond Birjası”na yeni sədr təyin edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bakı Fond Birjası” QSC-nin (BFB) səhmdarlarının növbəti ümumi yığıncağı keçirilib.

BFB-dən verilən məlumata görə, yığıncaqda Birjanın İdarə Heyətinə (İH) yeni sədr seçilib.

Bu, Ruslan Xəlilovdur. O, səlahiyyətlərinin icrasına gələn ilin yanvar ayından başlayacaq.

Xatırladaq ki, BFB-nin keçmiş sədri Vüqar Namazov 2019-cu ilin may ayında işdən çıxıb. Bu müddətdə Birjaya isə müvəqqəti olaraq Eldar Abdullayev rəhbərlik edib.