“Bakı görüşünün baş tutmamasının tək səbəbkarı Rusiyadır”-ŞƏRHbackend

“Bakı görüşünün baş tutmamasının tək səbəbkarı Rusiyadır”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələri ilə ikinci görüşün Bakıda keçirilməsini təklif edib. Birinci görüş Xocalıda baş tutmuşdu və erməni icmasının nümayəndəsi kimi iştirak edən separatçılar hər-vəchlə ikinci görüşün Xocalıda olmasında israrlıdır.

Qarabağ ermənilərin nümayəndələrinin görüşdən imtina etməsinin səbəbi nədir? Hansı məqsədlər güdülür?
Məsələ ilə bağlı Editor.az-a açıqlama verən politoloq Oqtay Qasımov bildirib ki, separatçı terrorçu dəstə hazırda Qarabağda əhalini girov halında saxlamaqdadır:

“Onlar nə müstəqil deyillər, nə də hansısa müstəqil qərarlar vermək imkanları var. Oyuncaq bir quruluşdur. Oradakı separatçı rejimi vaxtilə İran və Rusiya birlikdə yaradıb. 44 günlük Vətən müharibəsindən sonra  bölgədə yerləşən Rusiya sülhməramlılarının himayəsinə tam keçiblər. Onlar hansısa qərar vermək imkanına malik deyillər.  Sadəcə Rusiya tərəfindən planlaşdırılan və təlqin edilən planlar əsasında fəaliyyət göstərirlər”.

Politoloqun fikrincə, Bakıda keçirilməsi planlaşdırılan görüşün baş tutmamasının əsas səbəbi də məhz Moskvadır:

“Çünki Rusiya çox gözəl bilir ki, Azərbaycan öz ərazilərində suverenliyini bərpa etdikdən sonra onların burada hərbi formada iştirakına ehtiyac qalmır. Bu baxımdan Rusiya bölgədə vəziyyəti özünün idarə edəcəyi formada gərginləşdirir. Separatçı dəstənin açıqlamalarına baxdıqda görürük ki, tərəflər arasında baş verəcək görüşlərin rus sülhməramlılarının nəzarəti altında keçirilməsini tələb edirlər. Məsələ Rusiyanın hadisələrə baxışıdır. Moskva həm Azərbaycan və Ermənistan arasındakı münasibətlərə, həm də Qarabağdakı erməni icmasının inteqrasiya prosesinə mane olmağa çalışır. Azərbaycanın bu kimi görüşlərdə maraqlı olmasının əsas səbəbi isə ölkəmizin maraqlarına tabe olacaq insanların bütün hüquqlarının təmin edilməsi və Respublikamızın beynəlxalq səviyyədə tanınmış bütün ərazilərində öz suveren hüquqlarının bərpa edilməsidir”.

//Safura Bənnayeva, Editor.az