Bakı HƏDƏF seçilib – İran, Rusiya və Fransadan XAİN HÜCUM: Eyni anda…backend

Bakı HƏDƏF seçilib – İran, Rusiya və Fransadan XAİN HÜCUM: Eyni anda…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Ermənistana olan rəğbəti, sevgisi Azərbaycana olan nifrətindən yaranıb. Boş yerə deməyiblər ki, nifrətdən sevgiyə olan məsafə çox yaxındır. Başqa sözlə desək, İranın Ermənistanın yanında olması, ermənipərəst mövqe nümayiş etdirməsi onu sevdiyindən deyil, Azərbaycana qarşı düşmən mövqeyində dayanmasından irəli gəlir. 

İran rejimi bir tərəfdən, türklərə daimi nifrət və düşmənçilik hissində köklənmiş, Azərbaycanın ərazisini 30 il işğal altında saxlamış Ermənistan üçün qardaş deyib, bütün vacib dəstəkləri edir, digər tərəfdən quyruğu qapı arasında qalan kimi Azərbasycana qarşı “İslam, şiyə” oyununu işə salmağa can atır.

Amma hər kəsə bəllidir ki, istər 44 günlük müharibə zamanı, istərsə də ondan sonrakı postkonflikt mərhələsində Tehran İrəvana silah yardımından tutmuş, iqtisadi və siyasi dəstəklərədək nə lazımdırsa, əsirgəmədi. İndi isə, “Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir” deyərək Qafan şəhərində, Ermənistanla Azərbaycan arasında heç bir delimitasiya-demarkasiya prosesi icra edilməmiş o ərazilərin kimin sərhədləri daxilində olacağı bəlli olmadan qaçaraq sərhədə yaxın münaqişəli bir bölgədə, təkidlə konsulluq açdı.

İranın Azərbaycanla bağlı qərarları, səsləndirdiyi bəyanatlar onu son 2 ildə daha çətin duruma salmaqla yanaşı, 30 ildən çox müddətdə Azərbaycan xalqına qarşı gəldiyi kələyin də üstünü açmaqda önəmli məsələyə çevrildi. Məsələn, rəsmi Tehran illərdir bəyan edir ki, İsrail “sionist dövlətdir. O, İrana, islama düşməndir!”. Bununla Azərbaycanı İranla həmrəy olub, İsraillə rəsmi diplomatik əlaqələrdən imtina etməyə vadar edən Tehran, İsraildə Azərbaycana öz səfirliyini açmamaq üçün əlindən gələni etdi.

Amma iran bu illər ərzində İslamın düşməni, dini abidələrimizi məhv edən, qalanlarını donuz tövləsinə çevirən Ermənistana necə lazımdır dəstəyini ifadə etdi və etməkdədir. Özü də bunu artıq açıq şəkildə bəyan edərək yerinə yetirir.

Azərbaycanın İranın bu tələb və istəklərini tarixin zibilliyinə atdığını əminliklə demək olar. Ən əsası isə İsraildə Azərbaycan səfirliyini açmağın vaxtı çatıb. Şübhəsiz ki, Azərbaycanın İsraillə olan dostluq və əməkdaşlığının səviyyəsi səfirliyinin olduğu qədər geniş və çoxşaxəlidir. Biz bu dostluğu dünyanın Azərbaycana qarşı olduğu 44 günlük müharibə zamanı da İsraildən sonadək gördük və bu gün də bu əməkdaşlıq müttəfiqlik səviyyəsində uğurla davam etdirilir.

Bəli, Vətən müharibəsi kimin-kim olduğunu göstərdi. Təkcə İran yox, artıq son proseslərdən sonra Rusiya da axır ki, Azərbaycana qarşı olan məkrli münasibətinin iç üzünü açıq ortaya qoyur. Daxildə kök salmış müdhiş şovinizm mahiyyətli anti-türk, anti-Azərbaycan xəstəliyinin simptomları nə zamansa üzə çıxıb özünü göstərməli idi, yəqin bu gün o gündür.

Azərbaycanın zəfəri regionda kimləri narahat etdiyi artıq aydın görünür. Bir yanda İran diplomatları Qafanda ermənilər ilə “qardaşlıq” musiqisi altında rəqs edir, digər yanda isə Rusiya dövlət kanalı Azərbaycanı hədəfə alan, anti-Azərbaycan təbliğatı apararaq verlişləri bir-birinə calamaqla məşğuldur.

Dünən elan edildiyi kimi, ayın sonunda (31 oktyabr) Soçidə Rusiya liderinin vasitəçiliyi ilə Əliyev və Paşinyan arasında növbəti görüş baş tutacaq. Bu gözlənilən görüşdən əvvəl dərhal separatçıların lideri Araik Arutyunyanın Moskvaya uçması sıradan bir hadisə sayıla bilməz.

A.Arutyunyan bütün resurslarının tükəndiyi və Qarabağda onun qalmasının nə Rusiyanın, nə də Ermənistanın işinə yaramadığını yaxşı başa düşən Moskva məhz bu səbəbdən Rusiya vətəndaşlığından imtina etdiyi mənzərəsini yaradarıq Rusiya siyasi dairələrinə yaxınlığı ilə seçilən erməni milyarder Ruben Vardanyanı Araikin yerinə Qarabağda “hakimiyyətə gətirmək” planını işə saldı.

Bir neçə gün öncə “Dövlət naziri” postunda qərar tutan Vardanyanın tezliklə Arayikin səlahiyyətlərini həyata keçirməyə başlayacağı ehtimalları çox yüksəkdir. Demək Rusiya Paşinyanın adamı olan, Qərbin sifarişlərinə daha çox qulaq asan Araiki Kremlə xidmətləri ilə seçilən yeni bir sima ilə əvəz edərək Qarabağda qondarma rejim qalığının xərçəng şişi kimi bölgədə vəziyyətin qaynar nöqtə olaraq qalmasında qərarlıdır.

Nəzərə alsaq ki, son vaxtlar qondarma rejimin qalıqlarının Azərbaycanla danışıqlar masası arxasında əyləşməsi, rəsmi Bakının separatçılarla danışığa getməsi məsələsindən çox danışılır, o zaman bu “təklifin” də Moskvanın başının altından çıxdığını düşünə bilərik.

Çünki adı çoxsaylı hərbi cinayətlərdə hallanan, Azərbaycanın rəsmi olaraq axtarışa verdiyi cinayətkar Araik Arutyunyan heç bir formada bu prosesdə iştirak edə bilməyəcəyi üçün Rusiya dərhal bu missiyanı Ruben Vardanyana həvalə etmək haqda düşünə bilər.

Paşinyanın isə bu məsələlərdə ofsaydda qaldığı diqqətdən qaçmır. Ermənistan baş naziri görünür, Qarabağ dalanından xilas olmaq üçün sülhməramlıların müvəqqəti nəzarətindəki ermənilərin taleyinə, onların təhlükəsizliyi məsələsinə Rusiyanın cavabdeh qalması variantını uyğun hesab edir.

Göründüyü kimi bir yandan İran Azərbaycana regionda əsas aktor olmaq yolunda badalaq vurmaq niyyətindədir, digər tərəfdən isə Rusiya Qarabağda erməni məsələsini qabartmaqla revanşistlərin Azərbaycan ərazilərinə olan torpaq iddiasından əl çəkməməsi üçün əlindən gələni əsirgəmir.

Şübhəsiz ki, Azərbaycanın güclənməsi regionda haqqın bərqərar olması ilə yanaşı, Türk Dövlətləri Təşkilatının daha da güclənməsi məsələsində önəmli faktora çevrilir. Hər kəsə məlumdur ki, İran və Rusiyanı da ən çox narahat edən məsələlərdən biri budur. Onlar vaxtilə Cənubi Qafqazda birgə “layihələri” olan Ermənistan məsələsinin tam çözülməsini həzm etmək istəmirlər.

Türk Dövlətləri Təşkilatının daha da güclənməsi məsələsində, türk millətinin bu gündən sonra daha sıx şəkildə bir araya gəlməsində ən maraqlı tərəflərdən biridir. Biz bunu İlham Əliyevin Mərkəzi Asiyaya səfərləri çərçivəsində də aydın görürük. Ənənəvi Türk düşmənlərinin son zamanlar daha da belə aktivləşməsinin səbəblərindən biri də məhz elə Türk Dövlətləri Təşkilatının regionda daha da real gücə çevirilməsi ilə bağlı məsələdir. Çünki Türk dövlətləri arasında nə qədər birlik, bərabərlik, dostluq, müttəfiqlik əlaqələri yüksək səviyyədə olarsa, o zaman heç bir böyük güc bu birliyi sarsıda, türkün biləyini bükə bilməz.

Bu səbəbdən də Türk dilli dövlətlərlə əməkdaşlığı müttəfiqlik səviyyəsinə çatdırmaq rəsmi Bakı üçün yeni geosiyasi proseslər fonunda ən prioritet məsələlərdən biri hesab edilir. Bunu dövlət başçısı İlham Əliyev də öz çıxışında açıq şəkildə bəyan etdi: “Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlılara öz köməyimizi etmək, onların inkişafı, həm onların ənənələri saxlayıb Vətənlə əlaqələrini heç vaxt kəsməmələri üçün, əlimizdən gələni edəcəyik!”.

Əliyevin bu mesajının xüsusilə İranda yaşayan 40 milyonluq Azərbaycan xalqına ünvanlandığı istisna edilmir. Çünki dövlət başçısı çox yaxşı bilir ki, bu birlik, qarşılıqlı dəstək Azərbaycanın kənar təhdidlərə, müdaxilələrə, təzyiqlərə qarşı əlini gücləndirməkdə əsas silaha çevrilər ki, nəticədə Azərbaycanın daha da qüdrətlənməsinin şahidi ola bilərik.

Azərbaycana qarşı Fransa Senatında müzakirəyə çıxarılacaq  6 senatorun hazırladığı qətnamə layihəsinin də hədəfi Azərbaycandır. Bu qətnamə Bakını küncə sıxışdırmaq məqsədi daşıyır. Biz görürük ki, Azərbaycan eyni anda artıq neçənci böyük dövlətin hədəfinə çevrilib. Paris də bunlardan biridir. Fransa da İran kimi Azərbaycanla arasındakı bütün körpüləri yandırmaqda israrlı görünür.

Makron da belə addımlarla Cənubi Qafqazda təsir imkanlarını artırmaqda maraqlıdır. Amma istər İranın, istər Rusiyanın, istərsə də Fransa və digər böyük güclərin bu məsələdə Bakıdan istədiklərini qoparacaqları inandırıcı görünmür. Çünki Bakının əlində Şuşa Bəyannaməsi kimi çox güclü silahı var. Bu silahın əsas məğzi isə döymə taxta qapımı, döyməyim dəmir qapını…


Milli.Az