“Bakı ilə Ankaranın təkliflərini İran böyük həvəslə qarşılamalıdır, çünki…”- AÇIQLAMAbackend

“Bakı ilə Ankaranın təkliflərini İran böyük həvəslə qarşılamalıdır, çünki…”- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan-İran-Türkiyə regional dövlətlər olaraq daim üçtərəfli formatda münasibətləri inkişaf etdirir. Tərəflərin həm ölkə rəhbərləri, həm də xarici işlər nazirləri səviyəsində dəfələrlə Bakıda, Türkiyə, İranda görüş keçirilib”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

O, bildirib ki, regionda kommunikasiyaların işlək olması mühümdür:

” Ermənistan bölgədə pozuculuq siyasəti həyata keçirir. İranla Ermənistan arasında dostluq münasibləri hökm sürür və bu açıq-aşkar ortadadır. İran bölgədə işğalçılıq siyasəti yürüdən ölkəyə dəstək verirsə, deməli bu məsələdə özünün də marağı var. Əksinə Azərbaycan-Türkiyə ilə münasibətləri yüksək səviyyədə saxlamaq İran üçün daha əlverişlidir. Azərbaycanla İran şimal-cənub nəqliyyat dəhlizinin ayrılmaz bəndləridir. Hind okeanından başlayaraq Avropaya doğru uzanan birbaşa dəhliz açılır. Regionda kommunikasiyaların vacibliyi Azərbaycan-İran-Türkiyə arasında işgüzarlıq dairəsini genişləndirir. Çünki həm Naxçıvanda, həm Türkiyənin şərqində, həm də İranın şimal-qərbində çoxsaylı diversipkasiyasını gözləyən konnektura formalaşıb. Üçtərəfli münasibətlərin inkişafı regionun inkişafı üçün mühüm komponentdir. Hər üç tərəf razılığa gələrək əlaqələri genişləndirəcək. Postmüharibə dövründə Ermənistanın da müdaxilə imkanları sıfıra enib. Düşünürəm ki, İran da Ermənistana görə öz xeyrindən dönməyəcək. Bakı ilə Ankaranın təkliflərini İran böyük həvəslə qarşılamalıdır. Çünki İrana qarşı tətbiq olunan sanksiyalar fonunda ölkənin vəziyyəti heç də yaxşı deyil. Ona görə də İran yaxın qonşuları ilə münasibətləri yeni pillədə inkişaf etdirilməlidir”.

//Gülnarə Abasova, Editor.az