Brüssel Bakı və İrəvanla dövlət başçılarının yeni görüşünün hazırlanması ilə bağlı danışıqlar aparır.
Editor.az bildirir ki, bunu Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın mətbuat katibi Henri Dyuken deyib. Onun sözlərinə görə, İlham Əliyev və Nikol Paşinyanın iştirakı ilə ayın sonuna qədər planlaşdırılan Brüssel formatında üçtərəfli görüş ləğv edilib.
Bununla yanaşı, diplomat vurğulayıb ki, son bir neçə həftə ərzində Ermənistan və Azərbaycan tərəfləri Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüssel formatı da daxil olmaqla sülh danışıqlarına sadiq olduqlarını açıq şəkildə bəyan ediblər.
“Biz indi növbəti sammitə hazırlıq məqsədilə Ermənistan və Azərbaycanla məsləhətləşmələr aparırıq və biz liderlərin razılaşdırıldığı kimi, ilk fürsətdə Brüsseldə görüşəcəyini gözləyirik”, – Dyuken deyib.
//Samir Qurbanov, Editor.az

