Gürcüstanın Baş naziri İrakli Kobaxidze “Gürcü arzusu”nun parlament seçkilərində qələbəsi münasibətilə azərbaycanlı həmkarı Əli Əsədova təbrikinə görə minnətdarlığını bildirib.
Hökumət başçısı məktubunda Gürcüstan rəhbərliyinin
Azərbaycanla tərəfdaşlıq münasibətlərini daha da gücləndirməyə hazır olduğunu təsdiqləyib. O, Bakı ilə Tbilisi arasında strateji əlaqələrin Cənubi Qafqazda sülhün bərqərar olması üçün son dərəcə əhəmiyyətli olduğunu vurğulayıb. Kobaxidze əməkdaşlığın bütün sahələrdə möhkəmlənəcəyinə əminliyini ifadə edib.
//Samir Qurbanov, Editor.az