Erməni təxribatları səngimək bilmir. Xəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonu ərazisində əlavə canlı qüvvə və döyüş texnikası cəmləşdirməklə növbəti təxribata əl atıb. Artıq iki gündür ki, Kəlbəcər rayonu istiqamətində mövqelərimiz düşmən tərəfindən atəşə tutulur. Maraqlıdır, Azərbaycan tərəfinin xəbərdarlıqlarına, imzalanan bəyannamələrə məhəl qoymayan Ermənistan nə etmək istəyir?
Mövzu ilə əlaqədar Editor.az-ın suallarını Milli Məclisin deputatı Nəsib Məhəmməliyev cavablandırıb.
– Nəsib müəllim, Soçi görüşündə əldə edilən razılığa və Azərbaycan tərəfinin dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq, Ermənistan hələ də atəşkəs rejimini pozmaqda davam edir. Ermənistanın etdiyi təxribatların əsas məqsədi nədir? Belə etməklə nəyə nail olmaq istəyirlər?
-Soçi görüşündə üç dövlət başçısı tərəfindən ümumi razılaşma əldə olundu və görüşə qədərki çıxışlarına rəğmən Paşinyan Soçi bəyannaməsinə imza atdı. Çox təəssüf ki, ənənəvi erməni xisləti burada da özünü göstərdi. Paşinyan Soçi görüşündən sonra öz imza atdığı bəyanatdan da imtina etdi və Ermənistan tərəfindən əsassız iddialar irəli sürüldü. Bunun bir neçə səbəbi var. Səbəblər əsasən Ermənistanın daxilində baş verən ictimai-siyasi proseslərlə bağlıdır. Ermənistan daxilində kifayət qədər ciddi parçalanmalar var. Baş nazir Nikol Paşinyan dövlətə rəhbərliyi tam şəkildə həyata keçirə bilmir. Çünki kriminal Qarabağ klanının timsalında erməni müxalifəti, yüksək rütbəli hərbiçilər arasında Paşinyanın siyasi xəttini müdafiə etməyən qüvvələr mövcuddur. Millətçi kəsim , qərbin ermənipərəst qüvvələri, xaricdə yaşayan erməni diaspora təşkilatlarının Ermənistan siyasətinə təsiri olduqca güclüdür. Bütün bunlar k Ermənistan dövlətinə güclü təzyiq göstərirlər. Revanşistlər Zəngəzur dəhlizinin açılması əleyhinə çıxışlar edirlər, maksimum çalışırlar ki, Minsk Qrupu həmsədrlik institutu bərpa olunsun və həmsədr ölkələr vasitəsilə Qarabağda yaşayan azsaylı erməni kəsiminə “Qarabağ ermənilərinin problemi” adı altında hansısa status əldə etsinlər. Olmayan problemi beynəlmilləşdirməyə və Qərbin dəstəyi ilə Minsk Qrupunu yenidən dirçəltməyə cəhd edirlər. Baş verən proseslərdə onu göstərir ki, Qərblə Rusiya arasında güclü rəqabət gedir. Bu rəqabət indiki halda Ermənistan dövlətinə xeyir etməyəcək. Ermənistanın Azərbaycan və Gürcüstan istisna olmaqla xarici sərhədləri RF sərhəd qoşunları tərəfindən qorunur. İqtisadi subyektlərin əksəriyyəti Rusiyanın mülkiyyətindədir, enerji təchizatının 80 faizi RF, 20 faizi isə cənub qonşumuz İran tərəfindən təmin olunur. Göründüyü kimi, Ermənistana real təsir imkanları olan Rusiyadır. Soçi görüşünün Brüsseldə baş tutacaq görüşdən əvvəl təşkil olunması isə ümumi strateji xarakter daşıyaraq tərəflər arasında münasibətlərin hansı istiqamətdə inkişaf etməli olduğunu göstərdi.
-Bəs Brüssel görüşündən gözləntiləriniz nələrdir?
– Ermənistan Brüssel görüşünə arxayındır. Amma proseslərin gedişatına əsasən Brüssel görüşündə konkret qərarların qəbul ediləcəyi gözlənilmir. Sadəcə Brüssel maraqlıdır ki, tərəflər arasında sülh bağlansın və maksimum ermənilərə kiçik də olsa bir dəstək verilsin. Bu isə mümkün deyil. Azərbaycan bugünkü imkanlarını diplomatik masa ilə yanaşı döyüş meydanında da əldə etdiyi üçün diktə edən tərəfdir. Ermənistanın bizə hansısa şərt irəli sürməsi qeyri-mümkündür.
– Diplomatik masada hökm sürən bu gərginlik sizcə hara kimi davam edəcək?
– Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində uduzması onu göstərdi ki, ermənilər 30 il beynəlxalq ictimaiyyəti yalanlarla aldadıb. Bu, bir daha ermənilərin saxta illuziyalarının, tarixlərinin, böhtanlarının ifşa olunması deməkdir. Əlahəzrət faktının qarşısında hərşey acizdir. Hər zaman olduğu kimi, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Bütün beynəlxalq təşkilatlar tərəfindən təsdiq olunmuş sənədlərdə Azərbaycanın ərazi bütövlüyü təsbit olunub. Ermənistan bu əməlləri ilə söz oyunu oynamağa davam edir, maksimum çalışır ki, kiçik də olsa dvident əldə etsin. Çünki Azərbaycan 44 günlük Vətən müharibəsindəki möhtəşəm qələbəsi ilə onların 150 il bundan əvvəl başlayan və ildən-ilə inkişaf etdirdikləri “Böyük Ermənistan” xülyasını məhv etdi. Ermənistan hakimiyyəti çalışır ki, cəmiyyəti məğlub sindromundan biraz da olsa çıxartsın və yenidən himayədarların əli ilə toparlanıb bölgədə gərginlik yaratmağa davam etsinlər. Amma mümkün deyil. Azərbaycan və regionun digər dövlətləri, beynəlxalq təşkilatlar belə erməni yalanlarından beziblər. Artıq cılız, yalançı, saxtakar xalqın müxtəlif dövlətlərə, beynəlxalq təşkilatlara hərgün yalvarışları, Paşinyanın zəngləri, şantajları beynəlxalq ictimaiyyəti bezdirib. Qeyd etmək lazımdır ki, indiki halda Rusiya və Azərbaycanın mövqeləri üst-üstə düşür və Rusiya da Ermənistana real təsir imkanlarına malik dövlətdir. Hesab edirəm ki, bu ssenari üzrə hadisələr inkişaf edəcək. Brüssel görüşündə Ermənistana bir daha başa salınacaq ki, siz artıq sülh istiqamətində hərəkət etməlisiz. Qeyd edim ki, Brüssel üçün Azərbaycan kifayət qədər cazibədar ölkədir. Bizim Avropa İttifaqı ilə geniş iqtisadi əlaqələrimiz var. Eyni zamanda siyasi əlaqələr, ticarət əlaqələri, enerji təhlükəsizliyi, nəqliyyat sahələrində əməkdaşlıq yüksək səviyyədə inkişaf edir. Avropa İttifaqı Azərbaycan üçün yaxın tərəfdaşdır. Azərbaycan Avropanı alternativ enerji ilə təmin edən əsas ölkələrdən biridir. Ermənistan 15 dekabr görüşündən sonra daha aydın şəkildə başa düşəcək ki, sülhə alternativ yoxdur.
-Azərbaycan vətəndaşları minaların partlaması nəticəsində həlak olurlar. Artıq bir neçə dəfə Ermənistanın verdiyi mina xəritələrinin saxta olması ilə bağlı Azərbaycan tərəfindən rəsmi məlumatlar verilib. Belədirsə, Ermənistanın diversantların təhvil verilməsi qarşılığında bizə verdiyi xəritələrin nə əhəmiyyəti var? Axı biz minaları xarici şirkətlər də işə cəlb etməklə özümüz təmizləyirik…
– Vətəndaşlarımızın minaların partlaması nəticəsində həlak olması çox böyük təəssüf hissi doğurur. Bu, bir daha erməni millətinin faşist xislətinin göstəricidir.. Bu faktdır ki, Ermənistan özü kapitulyasiya aktına imza ataraq üç rayondan döyüşsüz çıxıb. Müharibə qanunlarına görə dərhal minalanmış ərazilərin xəritələri verilməli idi. Ancaq çox təəssüf ki, bu xəritələri də ermənilər “alver” predmetinə çevirdilər. Ermənistan beynəlxalq müstəvidə Azərbaycanın guya hələ də hərbi əsirləri saxladığı ilə bağlı iddialar irəli sürür. Onların hərbi əsir adlandırdığı şəxslər noyabrın 26-da həbs edilib, yəni müharibə bitdikdən sonra… Hərbi əsir isə müharibə zamanı əsir düşmüş insanlardır. Bu iddiaları ilə Ermənistan beynəlxalq hüququn normalarını da pozur. Onlara humanitar hüquq anlayışı da yaddır. Ermənistan tərəfindən indiyə kimi təqdim edilən ümumi mina xəritələrinin hərbi ekspertlərin rəyinə əsasən cəmi 20-25 faizi doğrudur, qalan xəritələr ya saxtadır, ya keyfiyyətsizdir. Bunu Ermənistan düşmənçilik, daha çox ziyan vurma məqsədilə edib. Bu məsələdə əsas hüquqi məqam var. Ötən gün iki vətəndaşımız Daşaltıda mina partlaması nəticəsində həlak oldu. Azərbaycan Baş Prokurorluğu Ermənistana qarşı bu məsələ ilə əlaqədar cinayət işi açmalı, həmin partlayışın baş verdiyi ərazinin ermənilərin təqdim etdiyi xəritələrdə göstərilib-göstərilmədiyi aydınlaşmalıdır. Əgər hadisənin baş verdiyi ərazi xəritələrdə əks edilməyibsə, bu birbaşa onların cinayət məsuliyyətinə cəlb olunması üçün hüquqi əsas yaradır. Sülh müqaviləsinin imzalanması, sərhədlərin müəyyənləşməsi, Zəngəzur dəhlizinin açılması və bu kimi digər məsələlər siyasi problemlərdir. Ermənistan əvvəlcə 30 il ərzində ekologiyamıza, təbii sərvətlərimizə, mülki əhaliyə, iqtisadiyyatımıza, mədəni irsimizə vurduğu ziyana görə mütləq cavab verməlidirlər. Bu siyasi problemlərin həlli ilə paralel olaraq davam etdirilməli, beynəlxalq ekspertlərin iştirakı ilə yaradılmış komissiyanın tərtib etdiyi rəyə görə Ermənistan beynəlxalq məhkəməyə verilməli və kompensasiya tələb olunmalıdır. Bunun başqa çıxış yolu yoxdur”.
//Gülnarə Abasova, Editor az

