Bakı Laçın yolunda MÖHKƏMLƏNİR – Rusiyanın seçimi qalmadı: sülhməramlılar bundan sonra…backend

Bakı Laçın yolunda MÖHKƏMLƏNİR – Rusiyanın seçimi qalmadı: sülhməramlılar bundan sonra…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən yayınması, pozucu davranışları, sülhməramlıların bunları görməməsi, hətta şərait yaratması, gündəmdə Rusiya-Ukrayna müharibəsinin ağırlığı fonunda beynəlxalq ictimaiyyətin də biz tərəfə səthi, birtərəfli yanaşması Ermənistanı daha da ruhlandırdı və yeni-yeni cinayətlərə sövq etdi. Belə olduğu təqdirdə vaxtilə bizə münaqişənin müharibə variantı yoxdur fikrini aşılayanlara, icra edə bilmədiklərini də icra etdiyimizdən sonra qınayanlara bu dəfə top-tüfənglə deyil, öz qılınclarını, ya da mövcud davranışımız kimi daha sivil ifadə etdik, bayraqlarını əlimizdə rəhbər tutaraq aksiyalara başladıq”.

Bunu açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

O bildirib ki, Laçın yolundakı bu aksiya daha effektiv mübarizə üsulu kimi özünü göstərməyə başlayıb:

“Hər şeydən əvvəl keçirilən aksiyalar regiondan kənar məsələlərə fokuslanıldığından fundamental olaraq 10 noyabr bəyannaməsinin bəndlərinin yerinə yetirilməməsinin nəticəsidir. İndi isə Laçın yolunda Azərbaycanın nəzarət keçid məntəqələri yaradılmalıdır. Bu hədəf nəticə yox, sonun başlanğıcıdır.

Monitorinq keçirilməsilə əlaqədar olaraq sülhməramlılarla razılaşma olsa da, sözlərindən qaçdılar və səlahiyyətli şəxslər mədənlərə buraxılmadı. Volkovun aksiyaçıların üzünə çıxmaması isə “Dəyər” artırmaqdır. Həm də düşünülür ki, aksiyalar davamlı hal alar, Rusiyanın rəsmi və qeyri-rəsmi nüfuz dairəsi olan bölgələrdə anti-Rusiya meyilləri fonunda bu cür aksiyalar xoş olmayan presedent yaradar. İndiki məqamda isə əlavə başağrısı ilk növbədə Rusiyaya lazım deyil.

Digər yandan da Volkov və sülhməramlı kontingentin buradan getmək istəməməsi də öz aqibətləri ilə bağlıdır. Mövcud durumda hələ ki ən salamat yer Qarabağdır, sərvətlər talan olunarkən ucundan-qulağından onlara da çatır, düşünürlər ki, min bərəkət deyib, oturmuşuq burada, vaxt uzatması da onlara sərf edir. Laçın yolunda Azərbaycanın nəzarət keçid məntəqələri yaradılmalıdır. Bu amili təkrarlamaqda fayda var, çünki məhz bu amil sonun bir mərhələsidir.

Dövlət idarəçiliyində yuxarıdan aşağıya alınan qərarlardan daha çox aşağıdan-yuxarı ötürülən, sosial sifariş nəticələrindən biri olan aksiyalar daha effektivdir. Odur ki, aksiyalar dövlət tərəfindən atılan addımların aşağıdan, cəmiyyətdən dəstəklənməsi deməkdir. Bu, həm də xarici qüvvələrə qarşı güclü immunitetin yaradılmasıdır. Bəs aksiyaların sonu nəyə gətirib çıxardacaq?

Ona ki, Rusiya rəsmi Bakı ilə razılaşmada və iplərin gərilməsində yenə hansı tərəfin ağırlıqlı olduğuna getməli olacaq. Bunun izahı üçtərəfli bəyanatla daha aydın veriləcək. Hələ sosial sifariş məsələsinə toxunmuşkən Vardanyanın Xankəndi mitinqlərində say etibarilə bu sifarişi də cavabsız qaldı. Leqallaşdırılmağa çalışılan milyarderin özünə gəldikdə isə o, Rusiyanin hədəfidirsə ki, onu Qarabağdan İrəvana sürüşdürsün, burada isə bizdən qabaq kəskin bunun qarşısını alan qüvvələr olacaq.

Sonun daha bir mərhələsi…

Boylanaq digər cəbhəyə. Rəsmi Bakıya olunan təzyiqlər, Azərbaycanın suverenliyi məsələsini “humanitar böhran” kimi qələmə verərək buna züy tutanlar da yaxın tarixi bilirlər. Azərbaycanlı fəallar dinc formada aksiya keçirirlər, yolu bağlayan uzaq və yaxın tariximizin sülhməramlısıdır. Deməli, hədəf ortaq keçmişə malik olanlardan birinə vasitəli şəkildə müəyyənləşdirilir.

Enerji resurslarımıza duyulan ehtiyac fonunda bu, həm də altdan dartma taktikasıdır. Odur ki, bu təzyiqlər keçmişə qarşı millətçilik ruhunun “humanitar böhran” nağılları fonunda ənənəvi erməni alətinə yamadılmasıdır. Yaxın tarixdə onu da xatırlayaq ki, 2005-ci ilin dekabrında Litva Seymi qondarma “erməni soyqırımı” ilə bağlı qətnamə də qəbul etmişdi. Şübhəsiz ki, Litva bənzəri bəyanatlarda müstəqil deyil və bu məsələdə də onun iqtisadi dayaqlarının əli var. Lakin Kəlbəcərdəki mina partlayışı da öz sözünü dedi və sızıldadıqları “humanitar böhran” qumbarasını da elə əllərindəcə partlatdı. Bu hissə də sonun bölgədə ilk növbədə ermənilər üçün sancılı və ağrılı mərhələsidir.

Sadə erməni əhali anlamalıdır ki, girovdadırlar, onları qoyub sərvətləri talayırlar. Girovun da aqibəti hər kəsə bəlli olan reallıqdır. Silahlılara gəldikdə isə Rusiya ilk növbədə qanunsuz silahli erməni birləşmələrinin Azərbaycan ərazilərindən çıxarılmasını həyata keçirməyə başlamalıdır. Bu, Rusiyanın seçimi yox, öhdəliyidir. Aksiyalar dinc, demokratik cəmiyyətin təzahürüdür. Bütün ərazilərə də insan hüquq və azadlıqları prizmasından dalmaq istəyən dairələr Azərbaycanın dünyəvi dövlət modelindən xəbərdardır. Bu həm də süni şəkildə Xankəndidə aksiyalarda adam artırmağa çalışılmasına tutarlı cavabdır.

Bu, sonun ermənilər üzərindən iki cəbhəyə də məlum olan tərəfləridir.
Üçtərəfli bəyanatın vasitəçiyə bəlkə də ən lazım olan hissəsinə və izahına gəldik. Aksiyalar 10 noyabr bəyanatının 9-cu bəndinin-bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi məsələsinin rəsmi Bakı ilə məhz Rusiya arasındakı əməkdaşlığı Qarabağa da daşımağa gətirib çıxardacaq. Bu isə bu dəfə bölgədə dominantlıq deyil, iqtisadi maraq fonunda edilməlidir.

Aksiyalar bizim üçün həm də olmazların, keçilə bilməz kimi göstərilməyə çalışılan məsələlərin sınaq nöqtəsidir. Öhdəlik götürən vasitəçi tərəf üçün daxildə və xaricdə hara qədər gedə bilmənin yoxlanılmasıdır.
İndi qaldı hər tərəfin sonuna. Yolu kəsən biz deyilik. Ondan da keçəndə kiməsə indiyə kimi borcumuz olmadığı kimi indən belə də yoxdur.

Qaldı ki, aksiyalara qanuni tələblərimiz yerinə yetirilənə qədər, hətta ekoloji monitorinqdən sonra da davam edəcək. Vardanyan potensial erməni vətəndaşlarımızla dialoqun qurulmasına mane olarkən öz divarlarını zorlayır, öz imkanlarını, həm də özünə rəqib gördüklərinin imkanlarını səhv qiymətləndirir.

Aksiyalar ermənilər üçün qurtuluş, aksiyaçılar isə xilaskardırlar. Vardanyan separatçıların qalıqlarını döyüşə hazır olmağa çağırır? Biz ki, bunu Vardanyansız da eşidib cavabını vermişdik. Şuşadan Xankəndinə nədir ki? O ki qaldı Vardanyanın müharibə fikrinin, əhval-ruhiyyəsinin haradan qaynaqlandığının dərin olmayan alt qatlarına”… və müttəfiqlərimizə güclü olduğumuzu hiss etdirmək üçün əlimizdən gələni etməliyik” fikri özünü açıqca ələ verir.

Hazırda əsas müttəfiqləri Fransanın can-fəşanlığı da təsadüf deyil. Məcburi deyil ki, bu xalq lider ortalığa çıxarda bilmir.

Sülhməramlıların bölgəyə gəlməsi isə qalib ölkənin razılığı əsasında olub. Bitməsinə də altı ay qalmış sadəcə sağ ol deyib, imtina da edə bilərik. Bax, əsl başlanğıc bu ola bilər…”.

Milli.az