Nazirlər Kabineti yanında Operativ Qərargah iyunun 1-dən Bakı metrosunda sərnişindaşımanın bərpa edilməsinə qərar versə, bu qərarı icra etmək problem olmayacaq.
Yenisabah.az xəbər verir ki,. bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov açıqlama verib.
“Hazırda metronun “Elmlər Akademiyası” stansiyasında təmir işləri gedir. Amma bu işləri iyunun 1-nə qədər başa çatdıracağıq və sərnişindaşımaya tam hazır olacağıq”, – deyə o, bildirib.

