Bakı metrosu ilə bağlı YENİLİK: Yeddi vaqonluq qatarlar xəttə buraxılacaqbackend

Bakı metrosu ilə bağlı YENİLİK: Yeddi vaqonluq qatarlar xəttə buraxılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı metropoliteni xəttə yeni yeddi vaqonluq qatarlar buraxacaq.

Bu barədə Oxu.Az-a “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, yeni 7 vaqonluq qatarlar metronun “bənövşəyi xətt”i üzrə hərəkət edəcəklər:

“Artıq qatarların sınaqları həyata keçirilib. Yaxın günlərdə “bənövşəyi xətt” üzrə 7 vaqonluq qatarlar xəttə buraxılacaq”.

Xatırladaq ki, hazırda Bakı metropoliteninin bütün xətləri üzrə 5 vaqonluq qatarlar fəaliyyət göstərir.