Bakı metrosunda əlində balta ilə gəzən şəxs qorxu saçır – YENİLƏNİB + VİDEObackend

Bakı metrosunda əlində balta ilə gəzən şəxs qorxu saçır – YENİLƏNİB + VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyi (DİN) Bakı metrosunda əlibaltalı gəzən şəxslə bağlı açıqlama verib.

DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkə üzərində yayılmış görüntü ilə əlaqədar araşdırma aparılır.

 

Bakı metrosunda əlibaltalı şəxs peyda olub.

Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə paylaşılıb.

Belə ki, əlində sellofana bükülmüş balta ilə gəzən şəxs cinsi azlıqları hədələyir.

O qeyd edir ki, əgər qarşısına belə bir şəxs çıxsa, baltalayacaq.

Həmin görüntüləri təqdim edirik: