Bakı metrosunda gediş haqqı 50 qəpik olacaq?backend

Bakı metrosunda gediş haqqı 50 qəpik olacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı metrosunda gediş haqqının artırılacağı ilə bağlı məlumatlar yayılıb.

Sosial şəbəkələrdə gediş haqqının 30 qəpikdən 50 qəpiyə qalxacağı iddia edilir.

Pravda.az “Bakı Metropoliteni” QSC-yə qurumun Tarif Şurasına mütaciət edib-etmədiyi ilə bağlı bir neçə gün əvvəl sorğu göndərsə də, cavablandırılmayıb.

İyunun 25-də bildirilib ki, sorğuya yaxın vaxtlarda cavab veriləcək.

Qeyd: “İnformasiya əldə etmək haqqında” qanunun 24-cü (İnformasiya sorğusunun icra müddəti) maddəsinə əsasən, informasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilir. Bu müddətdə həmin informasiya öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir.