Bakı metrosunda gediş haqqı artırılacaq? – AÇIQLAMAbackend

Bakı metrosunda gediş haqqı artırılacaq? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı metrosunda gediş haqqının artırılacağı ilə bağlı iddialar yayılıb. 

Qurumdan bildirilib ki, “Bakı Metropoliteni” QSC metropolitendə gediş haqqı qiymətlərini tənzimləmir və belə bir səlahiyyəti yoxdur:

“Tənzimləmə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının səlahiyyətinə daxildir”.

Qeyd edilib ki, “Bakı Metropoliteni” QSC aidiyyəti dövlət strukturları qarşısında dövrü hesabatlar, o cümlədən maliyyə hesabatını təqdim edir.

“Bununla belə, gediş haqqı qiymətlərinə yenidən baxılaraq tənzimlənməsi barədə “Bakı Metropoliteni” QSC-dən aidiyyəti qurumlara müraciət ünvanlanmayıb”, – məlumatda bildirilib.

Milli.Az