Bakı metrosunda problem: İnterval 14 dəqiqəyə qalxıb?backend

Bakı metrosunda problem: İnterval 14 dəqiqəyə qalxıb?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Metropoliteninin “Memar Əcəmi” stansiyasında qatar 14 dəqiqə intervalla gəlib.

Axar.az xəbər verir ki, gecikmə “Dərnəgül” stansiyasına gedən qatarın hərəkəti zamanı qeydə alınıb.

Stansiyada əks istiqamətdə – “Həzi Aslanov” stansiyasına hərəkət edən qatarların hərəkətində isə heç bir problem olmayıb.

“Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlamasında metronun “28 May” stansiyasında qatarın vaqonlarından birinin qapısının açılıb-bağlanması zamanı müdaxilə olduğu üçün maşinistin qapıya baxış keçirdiyini bildirib:

“Hər hansı problem olmadığı üçün qatar yoluna davam edib. Bənzər hal daha sonra metronun “Nizami” stansiyasında da baş verdiyindən, problem olmamasına rəğmən, qatarın sərnişinsiz yoluna davam etməsi və qatara əlavə baxış keçirilməsi qərarı verilib. Belə hallarda xəttə dərhal ehtiyat qatar buraxılır. Yalnız iki qatar arasında olmaqla “Nizami” – “Dərnəgül” sahəsində intervaldan əlavə 4 dəqiqə yubanma qeydə alınıb”.