“Qısamüddətli gərginlik düşməsi nəticəsində Bakı Metropoliteninin “qırmızı xətt”ində qatarların hərəkətinin və stansiyalarda aidiyyəti üzrə normativlərə uyğun tənzimləmə işləri aparılır. Bunun nəticəsində xəttin sahələri üzrə qatarların hərəkət intervalında 1 və 2 dəqiqə gecikmələr müşahidə olunub”.
Bu barədə Oxu.Az-a “Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
“Hazırda qatarların hərəkətinin cədvəl üzrə tənzimlənməsi aparılır. Sərnişinlərin və hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə bütün tədbirlər görülüb”, – deyə mətbuat katibi bildirib.