Azərbaycan, Rusiya və Ermənistanın baş nazirlərinin müavinlərindən ibarət üçtərəfli işçi qrupunun görüşü baş tutub.
Bu barədə danışan Rusiya Federasiyasının baş nazirin müavini Aleksey Overçuk daşınmalar və onların təhlükəsizliyinin təminatı, həmçinin nəzarət məsələləri üzrə ekspert yarımqruplarını yaratmaq barədə qərar qəbul edildiyini bəyan edib.
“Tərəflər dəmir yolu, avtomobil, daşınmaların təminatı, təhlükəsizlik daxil olmaqla, sərhəd, gömrük, sanitar, baytarlıq, fitosanitar nəzarət və digər məsələlər barədə növbəti ekspert yarımqruplarını yaratmağı razılaşdırıblar”, – Overçuk qeyd edib.
Yarımqrupların formalaşmasının 2 fevrala qədər yekunlaşdırılacağı bildirilib.
//Axar.az

