Bakı-Naxçıvan aviareysinin qiyməti dəyişmədibackend

Bakı-Naxçıvan aviareysinin qiyməti dəyişmədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hava nəqliyyatı ilə Bakı-Naxçıvan / Naxçıvan-Bakı sərnişindaşıma xidmətlərinin yüksək həddi tənzimlənib.

Editor.az xəbər verir ki, bu barədə məlumat Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının qərarında yer alıb.

Qərara əsasən, Bakı-Naxçıvan/Naxçıvan-Bakı təyyarə biletlərinin qiymətinin yuxarı həddi 70 manat müəyyən edilib.

Həmçinin, Bakı-Füzuli/Füzuli-Bakı və Bakı-Zəngilan / Zəngilan-Bakı ölkədaxili sərnişindaşıma xidmətlərinin yeni tarifləri də yenilənib. Belə ki, Bakı-Füzuli /Füzuli-Bakı -78 manat və Bakı-Zəngilan / Zəngilan-Bakı -83 manat olub.

***

AZAL-dan bildirilib ki, Bakı-Naxçıvan-Bakı marşrutunun sosial aspektləri nəzərə alınaraq, bu marşrut üzrə aviabiletlərin tarifi Azərbaycan vətəndaşları üçün dəyişməz qalıb, xarici vətəndaşlar üçün isə kommersiya şərtlərinə uyğun olaraq müəyyənləşdiriləcək.