Bakı Neft Emalı Zavodunun ərazisində yanğın: Dörd qurumun əməkdaşları hadisə yerindəbackend

Bakı Neft Emalı Zavodunun ərazisində yanğın: Dörd qurumun əməkdaşları hadisə yerində

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Neft Emalı Zavodunun ərazisində baş verən yanğınla bağlı atmosfer havasında monitorinq-ölçmə işlərinin aparılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Monitorinq Mərkəzinin mütəxəssisləri əraziyə yollanıblar.

Bu barədə Oxu.Az-a nazirlikdən məlumat verilib.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 05.03.2025-ci il tarixində saat 10:00-da Nizami rayonu, Neft emalı zavodu ərazisindən yanğın baş verməsi səbəbindən çağırış daxil olub.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, çağırış ünvanına 3 təcili tibbi yardım briqadası cəlb olunub.

Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində baş vermiş yanğınla bağlı əraziyə polis əməkdaşları cəlb olunub.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən ərazi mühafizəyə götürülməklə, bütün zəruri təhlükəsizlik tədbirləri görülür.