Bakı polisi Avropada yaşayan bloqer və jurnalist barəsində axtarış elan etdibackend

Bakı polisi Avropada yaşayan bloqer və jurnalist barəsində axtarış elan etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Avropada yaşayan azərbaycanlılar – bloqer Sadıqlı Tural Əlövsət oğlu və jurnalist Hüseynov Fikrət Nurəli oğlu barəsində axtarış elan edib.

Bu barədə “Report”a hüquq mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, T.Sadıqlı barəsində Azərbaycan Cinayət Məcəlləsinin 178.3.1-ci (Dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), F.Hüseynov barəsində isə 178.3.1-ci (Dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 318-1.2-ci (Qanunsuz miqrasiyanın təşkili) 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə axtarışa verilib.

Qeyd edək ki, T.Sadıqlı Almaniyada, F.Hüseynov isə Niderlandda yaşayır.