Bakı Qarabağda erməniləri hər şeylə təmin edəcək, sonra… – Kazinyanın proqnozubackend

Bakı Qarabağda erməniləri hər şeylə təmin edəcək, sonra… – Kazinyanın proqnozu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki


Bu barədə “Ermənistan” blokunun keçmiş deputatı Artur Kazinyan deyib.

Onun sözlərinə görə, beynəlxalq təcrübədə belə hallar yaşanıb: “Böhranlı vəziyyətlərdə əhaliyə daha müsbət təklif verənlər qazanırlar. Azərbaycan da Qarabağda əhalinin ehtiyacı olan hər şeyi ya pulsuz, ya da ucuz qiymətə təklif edə bilər və ermənilər bunu qəbul edərsə, Ermənistan üçün fəlakət o zaman olacaq”.

Kazinyan qeyd edib ki, erməni əhalisi belə bir təklifi qəbul edəndən sonra nə Ermənistan hakimiyyətin, nə də Qarabağdakı hakimiyyətin (separatçı rejim) əlindən heç nə gəlməyəcək.

Qeyd edək ki, Azərbaycan Qarabağdakı erməni əhalisinə bütün lazımi ehtiyacların ödənilməsi ilə bağlı müraciət edib. Əhali separatçı rejimin təzyiqinə görə bu təklifə hələ ki, reaksiya verməsə də, sonrakı mərhələdə müsbət cavabın olacağı ehtimalı da var.

Publika.az