Bakı-Quba yolu hər iki istiqamətdə bağlanacaqbackend

Bakı-Quba yolu hər iki istiqamətdə bağlanacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı-Quba yolu hər iki istiqamətdə bağlanacaq.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Milli.Az-a verilən məlumata görə, M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 21-ci km-lik hissəsində yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar olaraq 2 yanvar 2023-cü il gecə saat 01:00-dan 05:00-dək (4 saat) hər iki istiqamətdə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan vaxt kəsiyində alternativ olaraq Saray-Novxanı yolundan istifadə etmələri xahiş olunur olunur.

Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik”, – açıqlamada deyilir.