Bakı-Quba yolunda fəhlələri daşıyan avtobus aşdı, ölən və yaralananlar varbackend

Bakı-Quba yolunda fəhlələri daşıyan avtobus aşdı, ölən və yaralananlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı-Quba yolunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Hadisə Bakı-Quba yolunun 140-cı kilometrliyində Şabran rayonundan keçən hissədə qeydə alınıb.

10 0F 572 nömrəli “Mercedes” markalı mikroavtobus eyni istiqamətdə hərəkətdə olan 77 BC 230 dövlət qeydiyyat nişanlı “Chevrolete”markalı avtomobili ötmək istəyərkən toqquşub.

Hadisə nəticəsində mikroavtobus idarəetməni itirərək maşını aşırıb.

Qəza zamanı mikroavtobuslar olan 1 nəfər – 1957-ci il təvəllüdlü Ələkbərov Adil Ələkbər oğlu hadisə yerində dünyasını dəyişib, 10 nəfər sərnişin xəstəxanaya yerləşdirilib.

Məlumata görə, mikroavtobusda olan sərnişinlər fəhlələr olub.

Mikroavtobusda 14 nəfər olub.

Milli.az