Bakı sakini anası və xalasını bıçaqlayıbbackend

Bakı sakini anası və xalasını bıçaqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Editor.az APA-ya istinadən bildirir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

Belə ki, 1972-ci il təvəllüdlü Mirzəyeva Zöhrə Şirxan qızı oğlu Orxan Mirzəyevlə mübahisə edib. Mübahisə zamanı O.Mirzəyev anasına bıçaqla bir neçə zərbə vuraraq ağır xəsarətlər yetirib. Hadisəni törədən şəxsin xalası 1977-ci il təvəllüdlü Şirinova Zöhrə Şirxan qızı tərəfləri ayırmaq istəyərkən o da bıçaqlanıb. Ağır xəsarət alan qadınlar xəstəxanaya çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, Z.Mirzəyevanın vəziyyəti ağırdır.