Bakı-Şamaxı yolunda ağır qəza: BMW aşdı – YENİLƏNİB + FOTO/VİDEObackend

Bakı-Şamaxı yolunda ağır qəza: BMW aşdı – YENİLƏNİB + FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı-Şamaxı yolunda baş verən yol nəqliyyat hadisəsi sürücünün idarəetməni itirməsi səbəbindən baş verib.

Hüquq mühafizə orqanlarından Oxu.Az-a verilən məlumata görə, hadisə yolun 114-cü kilometrliyində baş verib.

Hava şəraiti yağmurlu olduğu üçün sürücü idarəetməni itirib və avtomobili aşırıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

14:55

Bakı-Şamaxı yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə günorta saatlarında qeydə alınıb.

Qəza zamanı 90-EO-950 dövlət nömrə nişanlı BMW markalı avtomobil aşıb.

İlkin ehtimallara görə, baş verən hadisə zamanı xəsarət alanlar var.

Sözügedən görüntüləri təqdim edirik: