Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsində korrupsiya əməliyyatları davam edirbackend

Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsində korrupsiya əməliyyatları davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bak Şəhər Baş Dövlət Yol Polisi idarəsində korrupsiya hallarının mövcud olması barədə Hokm.az-ın redaksiyasına bir neçə şikayət məktubu daxil olub.

Şikayətçilər avtomobillərin alqı satqızı zamanı dövlət tərəfindən nəzərdə tutulduğundan 3 dəfə artıq vəsait tələb edildiyini bildirirlər. Məsələ ilə bağlı jurnalist araşdırması aparmaq qərarına gəldik və hadisə yerinə yollandıq. Bəlli oldu ki, polis əməkdaşları avtomobil alqı-satqısı zamanı çəkinmədən vətəndaşlardan dövlət rüsumu 104,8 manat olduğu halda 300 manat pul tələb edirlər. Polis əməkdaşları bu məsələdə heç kəsə və heç nəyə məhəl qoymadan insanlardan açıq rüşvət almağda davam edirlər. Bu məbləği ödəmək istəməyənlərin, avtomobillərinin rəsmiləşdirməsi prosesini isə bəhanələr gətirərək uzadırlar. Təəssüflə qeyd etmək lazımdır ki, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun daxili işlər orqanlarında həyata keçirməyə başladığı islahatlar hələ Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinə çatmayıb və burada açıq bazar əməliyyatları aparılır.

Ümid edirik ki, aşkar etdiyimiz faktlarla bağlı aidiyyatı orqanlar araşdırma aparacaq və bu özbaşınalığa son qoyulacaqdır.