Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsindən azad edildi – RƏSMİ + FOTObackend

Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsindən azad edildi – RƏSMİ + FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov vəzifəsindən azad edilib.

Editor.az ın Daxili işlər nazirliyindən əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmri nazir, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

V.Eyvazovun digər əmri ilə o, DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin rəisi təyin olunub.

Bu idarənin rəisi, polis general-mayoru Emin Şəkinski 21 oktyabr 2020-ci il tarixində vəfat edib.

Bakı Şəhər Baş Polis İdarəsinə hələlik rəis təyinatı olmayıb.