Bakıda yaşayış binalarının üzərində pilotsuz uçuş aparatının (PUA) uçduğu müşahidə edilib.
Musavat.com-un xəbər verir ki, sakinlər tərəfindən çəkilən görüntülərdə dronun paytaxt səmasında aşağı hündürlükdə uçduğu görünür.
Qeyd edək ki, məsələ ilə bağlı dünən Azərbaycan Müdafiə Nazirliyi də açıqlama yaymışdı.
Nazirlik bildirmişdi ki, Bakı şəhəri və Abşeron rayonu istiqamətlərində pilotsuz uçuş aparatlarının uçuşları planlı təlim-məşq uçuşlarıdır və narahatlığa əsas yoxdur. Bu uçuşlar 2026-cı ilin hazırlıq planına uyğun olaraq həyata keçirilir.
Xatırladaq ki, son günlər paytaxt səmasında dronların uçuşu ilə bağlı sosial şəbəkələrdə tez-tez görüntülər yayılır və bu məsələ sakinlər arasında müzakirələrə səbəb olur.
Musavat.com
![]()
![]()

