“Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 11:20-də Bakı-Sumqayıt magistralında yol-nəqliyyat hadisəsi baş verməsi səbəbilə çağırış daxil olub.
Hadisə yerinə səkkiz təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən hadisə yerində bir nəfərin həkiməqədər ölümü qeydə alınıb”.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
Qeyd olunub ki, qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan digər 18 nəfər isə Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
“Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslərdən ikisi reanimasiyaya yerləşdirilib. Vəziyyətləri ağır qiymətləndirilir. Digər şəxslərə isə Təcili Yardım Şöbəsində zəruri tibbi yardımlar göstərilir. Vəziyyətləri orta ağır qiymətləndirilir”, – deyə TƏBİB-dən bildirilib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə Nazim Hüseynovun idarə etdiyi “Neoplan” markalı, 99-JH-667 dövlət nömrə nişanlı avtobusla onun qarşısındakı eyni istiqamətdə, Bakıdan Sumqayıta gedən Adil Yunisovun idarə etdiyi 42 nömrəli, ISUZU markalı, 50-DO-539 dövlət qeydiyyat nişanlı avtobusun toqquşması nəticəsində baş verib. Nəticədə ISUZU yoldan çıxaraq aşıb.
Əzizə İsmayılova
Bakı-Sumqayıt yolunda iki avtobus toqquşması nəticəsində 1 nəfər ölüb, 18 nəfər yaralanıb.
Bu barədə “Report”un yerli bürosu məlumat verir.
Bakı-Sumqayıt yolunda iki avtobus toqquşub, xeyli sayda yaralı var.
“Report” xəbər verir ki, qəza Bakı-Quba yolunun 29-cu kilometrliyində qeydə alınıb.
Məlumata görə, 42 nömrəli marşrut avtobusu Bakıdan Sumqayıta hərəkət edən avtobusla toqquşub. Hadisə nəticəsində 10-dan çox yaralının olduğu bildirilir.